"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib

Misli Premyer Liqasının III turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib.

Oxu.Az xəbər verir ki, Gəncə şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 47-ci dəqiqədə Viktor Stina vurub.

Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında "İmişli" "Şəfa"nı məğlub edib - 1:0. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz bərabərliklə yekunlaşıb.

Qalereya