Kraliçanın 97 yaşlı əri cəzalandırıla bilər





Böyük Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı Şahzadə Filip cəzalandırıla bilər.

Axar.az bildirir ki, buna səbəb 97 yaşlı Filipin avtomobil sürərkən təhlükəsizlik kəməri taxmamasıdır.

Polis bununla bağlı şahzadəyə xəbərdarlıq edildiyini açıqlasa da, ona hansısa cəzanın tətbiq edilməsi haqda məlumat verməyib.

Yerli vətəndaşlar isə qanunların hamı üçün eyni olduğunu və pozuntuya yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Şahzadə Filip iki gün əvvəl avtomobil qəzasına düşmüşdü.