Məktəblərdə kişi müəllimlər azdır
21:50 17.02.2017
Arxiv
1043
Ona görə də valideyn iclaslarına əsasən şagirdlərin anaları gedir
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi "Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda "dəyirmi masa” keçirilib. "Dəyirmi masa”da iştirak edən Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bu gün uşaqların məktəblərdə təhsil alması üçün hər cür şərait yaradıldığını deyib. Məktəbdə də ailədaxili problemlərlə üzləşməyin istisna olmadığını vurğulayan BŞTİ-nin müdiri qeyd edib ki, bir çox hallarda münaqişələrlə bol olan ailələrdən gələn uşaqların təhsilə adaptasiyası o qədər də asan olmur.
Valideynlərin geniş auditoriya olduğunu vurğulayan M.Vəliyevanın sözlərinə görə, məktəb psixoloqları, həmçinin də təhsil verənlərin özləri valideynlərlə ayrıca işləməlidir: "Yalnız analar deyil, atalar da təhsilə cəlb olunmalıdır. Bu gün valideyn iclaslarına yalnız analar gəlir. Bu da uşaqların təhsili ilə daha çox qadınların məşğul olduğunu göstərir. Bu baxımdan atalar maarifləndirilməlidir”.
Sosioloq-jurnalist Lalə Mehralı da "Şərq”ə açıqlamasında Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın iradlarının doğru olduğunu deyib. Oğlunun valideyn iclaslarında analoji vəziyyəti müşahidə etdiyini vurğulayan Lalə xanım deyib ki, hər dəfə 24 şagirddən yalnız birinin anası deyil, atası gəlir iclasa:
"Yerdə qalan bütün uşaqların anası gəlir. Fikrimcə, uşağın tərbiyəsi, təhsili ilə ana daha çox maraqlandığı, uşaqla daha çox təmasda olduğu üçün belədir.
Əksər analar ev xanımıdır və məktəbə gedib-gəlmək, müəllimlə ünsiyyətdə olmaq onun üçün daha uyğundur, nəinki işdə olan atanın icazə alıb iclasa gəlməsi”.
Sosioloqun sözlərinə görə, digər səbəb də məktəbdəki müəllimlərin demək olar ki, hamısının qadın olması ilə bağlıdır. Ata qadın müəllimlə ünsiyyətdən çəkinir, utanır, bəzən də bunu kişi işi hesab eləmir, iclaslara həyat yoldaşının getməsini daha münasib bilir.
Evdə uşağın dərslərinə diqqət məsələsinə gəlincə isə L.Mehralı hesab edir ki, bu, bütün atalara aid edilməməlidir: "Ata var ki, işdən 11-12-də gəlir, o gələnədək uşaq dərslərini bitirib yatır. Ata var ki, saat 8-də evində olur, uşaqların dərsi ilə maraqlanır, çətinlik varsa kömək edir. Ata var ki, təhsili yetərli deyil, uşaqların dərsinə köməyi dəymir, amma o işləyir, qazanır ki, uşaqları təhsilini bitirə bilsin, bunun üçün onu məşğələyə göndərir”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli isə Məhəbbət Vəliyevanın iradlarına müəyyən qədər haqq verib:
"Razıyam ki, bizdə əksər atalar övladlarının təhsili ilə az maraqlanırlar, bu yükü daha çox analar çəkir. Amma bu o demək deyil ki, bütün atalar belədir - övladının təhsili ilə ciddi maraqlanan və gündəlik onlardan dərslərinin vəziyyətini öyrənən, vaxtaşırı məktəbə gedən atalar da çoxdur. Valideyn iclaslarına əsasən anaların gəlməsinin səbəbi isə həm də onunla bağlıdır ki, məktəblərdə müəllimlərin əksəri qadındır və bu səbəbdən onlar daha çox anaların məktəbə gəlməsində maraqlıdırlar. Məsələn, mənim iki övladım orta məktəbdə oxuyur, üst-üstə 15-dən çox müəllim onlara dərs deyir, onlardan cəmi 1 nəfəri kişi müəllimdir. O da idman dərsi deyir. Yeri gəlmişkən, məktəblərdə, xüsusən Bakı şəhərindəki məktəblərdə ən acınacaqlı problemlərdən biri də məhz kişi müəllimlərin cəmi 2-3 faiz təşkil etməsidir. Çünki müəllimlərin maaşı çox azdır və bir kişi müəllim işləməklə ailəsini dolandıra bilmir, başqa sahələrə üz tutur. Bu isə məktəbdə tərbiyəvi mühitin formalaşmasında, təlim-tərbiyədə neqativ təsirlərini göstərir...”.
Həmkarımız hesab edir ki, məhz müəllimlərin qadın olması və iclaslara da kütləvi halda anaların getməsi səbəbindən bu toplantılarda iştirak etmək istəyən atalar qatılmırlar və ya az hallarda qatılırlar.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət