Merkel danışarkən Ərdoğan araya girdi: "İslamçı terrorizm" ifadəsi qəbul edilə bilməz"





Paytaxt Ankarada Almaniya Baş naziri ilə görüşən Türkiyə Prezidenti Ərdoğan, qonağının istifadə etdiyi ifadəni düzəltdi: 
" O, qalxıb "İslamçı terrorizm" ifadəsini istifadə etsək, bu kədərli olar. Bunu lütfən, istifadə etməyək."

Merkel isə, "Hər cür terrorla mübarizədə, PKK də bura daxildir, yaxın bir əməkdaşlıq etməyimizin vacibliyini danışdıq" deyib.