Millət vəkili: “Büdcənin neftdən asılılığı gücləndirilir”




"Gələn ilin büdcəsinin reallaşması bir sıra sahələrdə ciddi islahatların həyata keçirilməsi ilə paralel olacaq. Gələn ilin büdcəsi əvvəlki büdcələrdə olduğu kimi özündə bir sıra problemlər daşıyır”

Sherg.az-ın xəbərinə görə, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı millət vəkili Əli Məsimli söyləyib. Deputat bildirib ki, büdcənin neftdən asılılığı gücləndirilir: 

"Bu da büdcənin xarici konyukturadan asılılığının gücləndirilməsi deməkdir. Hazırda Dövlət Neft Fondundan büdcə gəlirlərinin artırılması üçün istifadə olunması reallıqdır. Hesab edirəm ki bu aradan qaldırılmalıdır. Gələcəkdə neft amili nəzərə alınmalıdır”.
Anar