Münhen görüşündən nəticə çıxmadı
20:52 17.02.2017
Arxiv
917
"Həmsədrlər münaqişə tərəflərini cəbhə xəttində yaranmış gərginliyi azaltmağı və danışıqlar masasına qayıtmağı tövsiyə ediblər”
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Münhendə ATƏT-in Minsk Qrupunun həmsədrləri, həmçinin, təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündəki müzakirələrinin davamı olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün səylərin artırılmasının vacibliyini vurğulayıb. Həmsədrlər xarici işlər nazirləri ilə görüşlərinin yekunu olaraq bəyanat yayıblar. Həmsədrlər münaqişənin dinc yolla həllinə alternativin olmadığını təsdiqləyərək, tərəfləri təmkinliyə, bəyanatlarında əhalini müharibəyə deyil, sülhə hazırlamağa çağırıblar: "Ermənistan və Azərbaycan daxil olmaqla, tərəflərdən heç biri Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır. 20 fevral "referendumu”nun nəticələri Dağlıq Qarabağın hüquqi statusuna təsir edə bilməz”.
Münhen görüşünü və nəticələri "Şərq”ə şərh edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı keçirilən görüşlər müxtəlif mahiyyət daşıyır:
"Görüşlərin çox az qismi danışıqlar prosesində müəyyən qədər irəliləyişə nail olmaq, ümumi gedişata töhfə vermək məqsədi ilə təşkil edilir. Ancaq əksər görüşlər danışıqlar prosesində sadəcə vasitəçilik missiyasını həyata keçirmək üçün hazırlanır. Əlbəttə, XİN rəhbərləri səviyyəsində reallaşan bir toplantını tamamilə nəticəsiz saymaq doğru deyil. Nəzərə almaq lazımdır ki, Münhen görüşündə nazirlərlə yanaşı, həmsədrlər və ATƏT sədrinin şəxsi nümayəndəsi A.Kasprşik də iştirak ediblər, bəyanat veriblər.
Lakin bu görüşün hansısa nəticə verəcəyi gözlənilmir. Vasitəçilik xarakteri daşıyan Münhen görüşündə həmsədrlər münaqişə tərəflərini cəbhə xəttində yaranmış gərginliyi azaltmağı və danışıqlar masasına qayıtmağı tövsiyə ediblər. Həmsədrlər Azərbaycan və Ermənistan rəsmilərinin növbəti təmasına nail olmaq, xüsusən Prezidentlər səviyyəsində daha bir görüşü reallaşdırmaq üçün əlverişli siyasi mühit formalaşdırmağa çalışırlar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət