Nazim Bəydəmirli: "Azərbaycanda sosial mənzillərin verilmə qaydası artıq işlənib"

Dövlət və bələdiyyə orqanları sosial mənzillər tikib, kirayə verə bilər



Sosial mənzillər satış deyil, əhalinin sosial müdafiəsini təmin etmək üçün nəzərdə tutulub.

Bu barədə Sherg.az-a sosial mənzillərin verilmə şərtləri haqqında danışarkən iqtisadçı-ekspert Nazim Bəydəmirli söyləyib.
Ekspertin sözlərinə görə, Azərbaycanda sosial mənzillərin verilmə qaydası artıq işlənib: 

"Bu layihədə nəzərdə tutulub ki, dövlət və bələdiyyə orqanları sosial mənzillər tikib, kirayə verə bilərlər. Bundan başqa həmin mənzillərin satmaq məqsədilə nəzərdə tutulduğu qeyd olunur.Lakin bu tamamilə yanlış yanaşmadır”.

N. Bəydəmirli onu da diqqətə çatdırıb ki, dünyanın bütün ölkələrində sosial kirayə mənzillərindən qocalar, gənc ailələr, hətta yaşayış yerindən kənarda işləyən adamlar da istifadə edirlər: 
"Bu mənzillər həm davamlı gəlir gətirir, həm də insanların sosial müdafiəsini təmin edir".

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə sosial mənzillərin tikintisinə başlanılacağını bildirib.

Aysel Aslan