Nazir: “Azərbaycan ərəb dövlətləri ilə münasibətlərə xüsusi önəm verir”
15:58 02.11.2016
Arxiv
379
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qahirədə Misirin baş naziri Şərif İsmayıl Məhəmməd ilə görüşüb.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Misir arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb, bu xüsusda gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunacağı bildirilib.
Həmçinin noyabr ayının sonunda keçirilməsi planlaşdırılan hökumətlərarası müştərək komissiyanın iclasının müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
Tərəflər enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq, 6 ildən artıq müddətdə SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında faydalı əlaqələrin qurulduğunu qeyd ediblər.
Ş. Məhəmməd E. Məmmədyarovun Misirə səfərinin ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib və belə səfərlərin ölkələrimiz arasında əlaqələrin gələcək istiqamətlərinin müəyyən edilməsi üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.
E. Məmmədyarov Azərbaycanın bütün ərəb dövlətləri, o cümlədən Misir ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verdiyini bildirib. Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verən E. Məmmədyarov Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında danışıqlar yolu ilə həll edilməsinə dair mövqeyinin təqdir edildiyini bildirib.
Görüşdə həmçinin turizm, əczaçılıq, informasiya və kommunikasiya texnologiyaları, toxuculuq və kənd təsərrüfatı sahələrində də əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı yüksək səviyyəli səfərlərin sayının artırılması kimi məsələlər də müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm