Nazirlik Prezidentin son fərmanı ilə bağlı məlumat yaydı
18:15 25.06.2021
Arxiv
493
Prezident İlham Əliyevin yeni Fərmanı ilə şəhid ailələri üzvlərinə, müharibədə xəsarət almış hərbi qulluqçulara və müharibə əlillərinə xidmətlər vahid məkandan həyata keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a bildirilib ki, bu məqsədlə vahid əlaqələndirmə mərkəzləri yaradılacaq və mərkəzlərin fəaliyyəti ilkin mərhələdə “DOST” mərkəzlərində təşkil olunacaq.
Prezident İlham Əliyevin imzaladığı yeni “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 25 iyun 2021-ci il tarixli Fərmanı qeyd edilən kateqoriyalara aid vətəndaşlara xüsusi diqqət və qayğının davamıdır. Fərmanla həmin şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri yaradılacaq.
Məqsəd onlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, habelə xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasını təmin olunmasıdır.
Fərmanla “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı” və vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərilməsi Qaydası da təsdiq edilib. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin siyahıda nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) həmin siyahıda göstərilmiş xidmətlər üzrə fəaliyyətinin əlaqələndirilməsi və müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndirici orqan qismində müəyyən olunub.
Sənədə əsasən, vahid əlaqələndirmə mərkəzlərində xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstəriləcək və birbaşa (yerində), “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada təşkil ediləcək. Xidmətlər bir-biri ilə qarşılıqlı əlaqədə, informasiya texnologiyalarından geniş istifadə edilməklə həyata keçiriləcək.
Mərkəzlərin fəaliyyəti ilkin mərhələdə Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST” mərkəzlərində, daha sonra xidmət göstəriləcək şəxslərin sayı nəzərə alınmaqla, digər inzibati ərazi vahidləri üzrə Nazirliyin yerli qurumlarının inzibati binalarında təşkil olunacaq.
Xidmət göstərəcək dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri arasında əlaqələndirmə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilməklə, üç ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində müvafiq dəyişikliklər edilməsi təmin ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat