Ölkənin müdafiə xərclərini artırması zəruridir
07:44 25.10.2018
Arxiv
515
"Azərbaycanın ordusuz, əsgərsiz və zabitsiz öz amallarına qovuşması mümkün deyil"
"Regionda işğal reallığı var və erməni tərəfi prosesi inkişaf etdirir. Büdcədən ölkəmizin müdafiəsinə və təhlükəsizliyimizə ayrılan vəsait məhz bu kontekstdə analiz olunmalıdır"
2019-cu il dövlət büdcəsi layihəsində müdafiə xərcləri üçün ayrılan vəsaitin məbləği ötən illə müqayisədə artırılıb. Məlumata görə, gələn il dövlət büdcəsi zərfində ümumilikdə müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait 3 milyard 37 milyon 618 min manat təşkil edir. Bu məbləğdən müdafiə qüvvələri üçün nəzərdə tutulan vəsait 1 milyard 494 milyon manat, milli təhlükəsizlik üçün 156 milyon 989 min manatdır. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 2,8 milyon manat, digər kateqoriyalara aid edilməyən xərclərə sərf ediləcək vəsait isə təqribən 1,4 milyard manat nəzərdə tutulur. Xatırladaq ki, 2018-ci il dövlət büdcəsində müdafiə xərcləri üçün ayrılan vəsaitin məbləği təqribən 2,9 milyard manat təşkil etmişdi.
Nəzərdə tutulan artımla bağlı "Şərq”ə danışan millət vəkili Zahid Oruc deyib ki, müharibə şəraitində olan bir ölkənin müdafiə xərclərini artırması zəruridir. Deputatın sözlərinə görə, bunu tənqid edənlərin məsələyə yanaşması absurddur:
"Bu məsələ 90-cı illərdən gündəmdən asılı qalıb. Bəziləri zənn edirlər ki, Azərbaycan əldə etdiyi vəsaitləri hərb sahəsində deyil, digər sektorlara yönəltməklə torpaq bütünlüyünü təmin edə bilər. Bu cür fikirlər Qarabağ məsələsinin dövriyyədən çıxarılmasına xidmət edir. Ara-sıra bunu müxtəlif siyasi qüvvələrin dilindən də eşidirik. Amma bunlar kütləviləşmir, ümumxalq mövqeyinə çevrilmir. Hər kəs yaxşı dərk edir ki, torpaqlarımız işğal altında olmasa belə, məlum təhlükələrdən dolayı regionda İsveçrə kimi sülhpərvər siyasət apara bilmərik. Azərbaycanın ordusuz, əsgərsiz və zabitsiz öz amallarına qovuşması mümkün deyil. Uzağa getməyək, 1990-cı ildə müharibəyə ordusuz yaxalanmışdıq. Qeyri-nizami dəstələr və könüllü qüvvələr hərb işini öz üzərinə götürmüşdülər. Azərbaycanın oğul və qızları "silah-sursatımız yoxdur” bəhanəsi ilə vətən uğrunda döyüşdən geri durmamışdılar. Xalq təslimçilik nümayiş etdirməmişdi. Ümummilli lider Heydər Əliyev öz siyasi və diplomatik səriştəsi ilə bütün pərakəndə qüvvələri birləşdirərək uğurlu Horadiz əməliyyatının keçirilməsinə nail olmuşdu”.
Z.Oruc bildirib ki, regionda işğal reallığı var və erməni tərəfi prosesi inkişaf etdirir. Büdcədən ölkəmizin müdafiəsinə və təhlükəsizliyimizə ayrılan vəsait məhz bu kontekstdə analiz olunmalıdır: "Düşmən ölkə işğal etdiyi Kəlbəcərdə 20 ev tikib, adını da "Sidney Məhəlləsi” qoyub. Lap istəsələr "Kaliforniya məhəlləsi” adlandırsınlar. Erməniləri orada daimi həyat qurmağa cəlb edə bilməyəcəklər. Bunu özləri də yaxşı dərk edirlər, sadəcə tarixi duyğularımızla oynamaq, bizi qıcıqlandırmaq və təxribata çəkmək üçün bu cür addımlar atırlar. Digər tərəfdən bölgəmizdə mənafeləri olan xarici ölkələr var. Belə məqamda qətiyyən "sülh göyərçini"nə çevrilə bilmərik.
Prezident İlham Əliyev bütün regional və beynəlxalq zərurətləri nəzərə alaraq Silahlı Qüvvələrin inkişafını birinci yerə qoyur. Bu xətt bütün iqtidarların ümumxalq məsələsi sayılmalıdır. Xalqı qorumaq üçün başqa alternativimiz yoxdur. Azərbaycan çox mühüm çağırışlar qarşısındadır. Bu gün Milli Ordumuz hərtərəfli təminatlıdır və texniki təchizat baxımından asılılığını ortadan qaldırmaq əzmindədir. Yəni orduya xüsusi diqqət ayırmaq, sadəcə, prestij məsələsi deyil, həm də uzaq məsafələri qət etmək üçün milli yoldur”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT Rusiya-Ukrayna danışıqları ilə bağlı səyləri dəstəkləyib
01:44 07.09.2026
Gündəm
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə