Paşinyan erməni xalqını boğaza yığıb
05:53 14.11.2018
Arxiv
644
Vəziyyət o qədər dözülməzdir ki, artıq Qarabağda yaşayan ermənilər Azərbaycan Ordusunu köməyə çağırır
"Qarabağda yaşayan ermənilər Azərbaycan Ordusunu köməyə çağırır”. Bunu "Şərq”ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib. Ekspert bildirib ki, Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan səhvlərini ört-basdır etmək üçün günahı xalqın üzərinə atır. Paşinyan erməniləri "əksinqilabçı” olmaqda ittiham edir. Halbuki insanlar Paşinyandan iş yeri, pensiya tələb edir, yolların çəkilməsini istəyir. Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan da Paşinyanın xalqı əsassız yerə günahlandırdığını söyləyib. Sarkisyan bildirib ki, baş nazir öz fəaliyyətinə ciddi səhvlər etməklə başlayıb: "O, hakimiyyətə gələn kimi islahatlar aparmaq əvəzinə intriqalar yaratmağa başladı, iqtisadiyyat daha ağır vəziyyətə düşdü, xalqın həyat səviyyəsi tamamilə çökdü”.
Politoloqun sözlərinə görə, təkcə Ermənistanda deyil, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında da vəziyyət günü-gündən gərginləşməkdədir: "Qondarma rejimin bezmiş sakinləri Paşinyanı "tupoy və axmaq" adlandırırlar. Orada əhali acınacaqlı həyat keçirir. İş o yerə çatıb ki, münbit torpağı olan bu yerdə hətta insanlar kənd təsərrüfatı məhsullarından da korluq çəkirlər.
Çünki onlara əkib-becərmək üçün lazımi şərait yaradılmır. Qondarma rejimin başçıları soyub-talamaqla, öz sərvətlərini artırmaqla və intriqalarla məşğuldurlar. Separatçıların "prezidenti” Bako Saakyan Paşinyanı aldadaraq, guya, bölgədə hər şeyin yaxşı olduğunu deyir. Saakyan və onun quldur komandası narkotik alverinə rəvac verərək milyonlara sahib olur.
Əhali isə iş tapmır, ac-yalavac ömür sürür. Qadınlar şəxsiyyətləri alçaldılan "istirahət evlərinə”, kişilər qul kimi təhqirli işlərə sövq edilirlər. Bu ilin yazında Xankəndində baş verən ciddi narazılıqlar bunu sübut etdi. Etiraz aksiyasının bir çox iştirakçıları qondarma rejimin vəzifəli şəxslərinin onları döydürüb təhqir etmələrini, özbaşınalığın və zorakılığın dözülməz həddə çatdırılmasını, hətta Azərbaycan Ordusunun gəlişini istədiklərini açıqca bildirdilər”.
Siyasi şərhçinin fikrincə, indi Paşinyanın Dağlıq Qarabağdakı ermənilərə hörmətlə yanaşmaması bölgədə ona qarşı inamsızlıq yaradıb:
"Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında yaranmış uçurum pik həddə çatıb. Yaxın vaxtlarda ermənilər arasında xaosun daha da böyüyərək ciddi münaqişəyə çevrilmə ehtimalı yüksəkdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol