PKK-çılar hərbçilərə hücum etdi: 2 yaralı




Türkiyədə PKK-çıların hücumu nəticəsində 1 əsgər və 1 polis əməkdaşı yaralanıb.

APA-nın "Milliyet”-ə istinadən verdiyi xəbərə görə, Mardin vilayətinin Nüsaybin rayonunda güc strukturları və terrorçular arasında atışma olub.

İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir.