Platonik aşiqi gənc qızı bu hala gətirdi





Türkiyənin Hatay bölgəsinin İskəndərun qəsəbəsində məktəbdən evə gedərkən üzünə kimyəvi maye atılan gənc qızın müalicəsi davam edir. Gənc qızın gözünü itirmək təhlükəsi var.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə 15 yanvar günü Hatayın İskəndərun mahalında baş verib. İddiaya görə, məktəbdən çıxıb evinə doğru gedən Berfin Özekin (17) qabağını bir nəfər kəsib. Bu şəxs Özekinə yaxınlaşaraq əlindəki şüşədən üzünə kimyəvi maddəyə oxşayan yandırıcı bir maye atıb qaçıb. Üzü və boyundan aşağısı tamamilə yanan gənc qız, ağrılar içində qışqırmağa başlayıb. Ətrafdakı vətəndaşlar sağlamlıq qruplarını çağırıb və gənc qız xəstəxanaya aparılıb. Təcili xidmətə aparılan gənc qızı görən həkim və polislər də şok olublar. Atılan yandırıcı maddədən gənc qızın jaketi və poltosu da ərimişdi. Gənc qız, ilk müdaxilədən sonra Adana şəhər xəstəxanasına sövq edilib. Bu vaxt gənc qızın üzünün və boyundan aşağısının tamamilə yandığı təyin olunub.


Polis qrupları gənc qızla apardıqları qısa danışıqlarda yandırıcı mayeni atan şübhəlinin Berfin Özekinlə sevgili olmaq istəyən, ancaq gənc qızın üz vermədiyi platonik aşiqi Casim Ozan Ç. ola biləcəyini öyrəndi. Bundan sonra həmin şəxs polis qrupları tərəfindən nəzarət altına alındı.
Hadisə yerindən əldə edilən dəlillər və şübhəlinin üzərindəki paltarlardan alınan nümunələrdən olayı şəxsin reallaşdırdığı irəli sürüldü. Şübhəli çıxarıldığı məhkəmə tərəfindən həbs olundu.
Xəstəxanada gənc qızın müalicəsi davam edir. Gözünü itirmək təhlükəsi ilə üz-üzə qalan gənc qızın üzündə və bədəninin bir çox yerlərində həddindən artıq yanıq olduğu üçün üzü sarılıb. Müalicədən sonra gənc qızın ardıcıl bir neçə estetik əməliyyat keçirəcəyi bildirilir.