"Prezident bəzi məmurlara insan olun deyir"

Araz Əlizadə: " Qudurğanlıq edib, vətəndaşların haqlarını tapdalamayın "

"Prezident mesajında məmurlara insan olun deyir".

Bunu Sherg.az-a Prezident İlham Əliyevin dünən  keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara xəbərdarlıqlarına münasibət bildirərkən millət vəkili Araz Əlizadə deyib. Deputatın sözlərinə görə, ölkə başçısı nazirlərə çatdırır ki, Azərbaycan sizin vətəninizdir, bunu başa düşün: 

"Azərbaycan xalqı sizin qardaşlarınız, bacılarınızdır. Qudurğanlıq edib, onların haqlarını tapdalamayın. Siz xalqa xidmət etməlisiniz. Məmur bunu yaddan çıxartmamalıdır”.

Qeyd edək ki, dünən keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan prezidenti İlham Əliyev məmurlara xəbərdarlıq edib. "Mən dəfələrlə demişəm ki, məmurlar xalqla yaşamalı, özü və ailə üzvləri təvazökar olmalıdır” –deyə, cənab prezident bildirib.

 Ayyət Əhməd