"Qiymətlərin sabitləşməsi üçün bazarlara müdaxilə edilməlidir"




"Novruz məsullarının da ucuz satılmasını təmin etmək üçün hökumət bazarlara müdaxilə etməli, yarmarkalar təşkil edərək, aztəminatlı ailələrin də bayram keçirməsinə yardımçı olmalıdır”.

Bunu Sherg.az-a Novruz bayramı ilə bağlı bazarlarda çərəzlərin qiymətlərinin süni şəkildə artırılmasından danışarkən iqtisadçı-ekspert Qadir İbrahimli deyib. 

O qeyd edib ki, bayrama görə bu məsulların qiymətlərinin qalxması təbiidir:

"Tələb artdığından qiymət artımı baş verir. Ona görə, bu artım təbiidir. Azərbaycan praktikasında da var ki, bayramlar zamanı qiymətlərin sabitləşməsi üçün dövlət bazarlara müdaxilə edir. Bu yarmarkaların təşkili kimi vasitələrlə olur ki, bununla bayram vaxtı tələbin artmasına rəğmən qiymətlər sabit qalsın və bütün ailələr həmin məsulları alıb, bayramlarını normal keçirə bilsinlər. Məsələn, Qurban bayramında Azərbaycanda təqdirəlayiq ənənə yaranıb. Ucuz qoyun bazarları yaradılır, konkret qiymətlər müəyyənləşir və qurban kəsmək istəyən vətəndaşlar həmin bazardan heyvan alıb, kəsə bilir. Bu onu göstərir ki, istək olarsa, bunu Novruz bayramında da təşkil etmək mümkündür”.

Aysel Aslan