Rusiya gələcək bir neçə nəsil üçün təhlükəsizlik zəmanətlərini təmin etməlidir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin əmindir ki, Rusiyanın etibarlı təhlükəsizlik zəmanətləri və suverenliyi gələcək bir çox nəsillər üçün təmin ediləcək.
Dövlət başçısı bildirib ki, makroiqtisadi sabitliyi qorumaqla yanaşı, sosial öhdəlikləri tam yerinə yetirmək, digər məsələləri həll etmək və Rusiyada investisiya dövrünə yenidən təkan vermək lazımdır.
Putin həmçinin qeyd edib ki, Rusiya maliyyə sistemi və iqtisadiyyatı sabitdir və əsas məsələ hər hansı bir səhvə yol verməməkdir:
"Seçkilərin nəticələri bir daha Rusiya Federasiyasının çoxpartiyalı siyasi sisteminin gücünü və xalqın birliyini təsdiqlədi".