Putin Si Cinpinlə görüşündən gözləntilərini açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçiriləcək görüşün səmərəli olacağına əminliyini ifadə edib.

Teleqraf TASS-a istinadən xəbər verir ki, Putin bunu Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə Si Cinpinə ünvanladığı təbrik məktubunda bildirib.

Rusiya lideri qarşıdakı görüşün iki ölkə arasında hərtərəfli tərəfdaşlığın və strateji əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.