Qubada faciə: Ata övladının ölümünə səbəb oldu



Qubada dəhşətli hadisə baş verib.

Hadisə Quba raynunun Barlı kəndində olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 2014-cü il təvəllüdlü Vəliyev Rəvan Bəhərçin oğlu atasının sürdüyü "Qazel”markalı avtomobilin altında qalaraq dünyasını dəyişib. Uşağın atası Bəhərçin Vəliyev "Qazel”markalı avtomobilini həyətdən çıxararkən 5 yaşlı oğlunun həyətdə oynadığını görməyib və onun üstündən keçib. Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə Quba Rayon Prokurorluğunun əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.