Restoranlarda ayı, cüyür əti verilir? - İzah

Tahir Əmiraslanov: " Müştərilərə cüyür və ayı ətinin təqdim olunması mükündür"


Son zamanlar mediada bəzi restoranlarda ayı ətindən yeməklərin hazırlanmasına dair məlumatlar dolaşır. 

Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirlib ki, müəyyən restoranlarda ayı, cüyür adı altında naməlum heyvan ətlərinin satılmasını istisna etməyib. 

Məsələyə münasibət bildirən Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti, baş kulinar Tahir ƏmiraslanovSherg.az-a açıqlamasında bu məlumatın dəqiqliyi barədə araşdırma aparmağın zəruri olduğunu söyləyib. O, qeyd edib ki, ETSN həmin şadlıq sarayları haqqında araşdırma aparmalı, adlarını müəyyən edərək qarşısının alınması üçün tədbirlər görməlidir: 

"Ümumiyyətlə, bu barədə məlumatım yoxdur. Bəlkə də bu, menyunun daha diqqətçəkici olması üçün istifadə olunur. Məsələn, bəzi restoranlarda "kefli beçə” adı ilə təamlar təqdim olunur. Bu da, hər hansı reklam hiyləsi ola bilər. Azərbaycanda cüyür və ayı ovlanmasının qadağan olunmasına baxmayaraq, həqiqətən cüyür və ayı əti də müştərilərə təqdim oluna bilər. Analiz etmədən müəyyənləşdirmək mümkün deyil”.

Aysel Aslan