Rihanna Trampı təhqir etdi: "Amerika gözlərimizin önündə dağıdılır"




Müğənni Rihanna ABŞ-ın yeni seçilən prezidenti Donald Trampı "əxlaqsız donuz" adlandırıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, bu haqda Tvitterdə yazıb. Barbadoslu ifaçı Trampın immiqrantlara qarşı sərt mövqeyini tənqid edərkən söyüşdən və "əxlaqsız donuz" ifadəsindən istifadə edib:

"İyrəncdir! Bu xəbərlər dəhşətlidir. Amerika gözlərimizin önündə dağıdılır. Necə bir əxlaqsız donuz olmalısan ki, belə bir şeyi edəsən".