Politoloq Qabil Hüseynli deyib ki, Saakaşvili istefası ilə səhvə yol verdi. Onun sözlərinə görə,
Saakaşvili daha Ukraynada qalmayacaq
Onun ABŞ-a dönmək ehtimalı böyükdür, əks təqdirdə ona sui-qəsd ola bilər“Saakaşvilinin istefa qərarı göstərir ki, Ukraynada heç bir reform baş tutmayıb, heç bir islahat aparılmayıb. Bunun müqabilində oliqarxlarınmeydan sulamasına geniş şərait yaradılıb”
Politoloq Qabil Hüseynli deyib ki, Saakaşvili istefası ilə səhvə yol verdi. Onun sözlərinə görə,
Gürcüstanın sabiq lideri, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili istefasını
elan etdi və vəzifədən getməsinin səbəblərini açıqladı. Eks-qubernator Ukrayna Prezidenti Pyotr
Poroşenko və hökumətin korrupsiya ilə mübarizədə ona mane olduqlarını bildirdi. Bundan başqa, Saakaşvili Poroşenkonu Odessa vilayətində korrupsioner qruplaşmaları dəstəkləməkdə ittiham etdi.
Ukraynalı ekspertlərə görə, Saakaşvili islahatların keçirilməsi üzrə öz təcrübəsini Odessada
tətbiq etməyə hazırlaşırdı. Amma buna nail ola bilmirdi. Ona görə də istefa gözlənilən idi. Bir il
əvvəl Saakaşvili prezident komandasının tərəfində Arseni Yasenyukun kabineti ilə açıq
münaqişəyə girdi. Bu, Poroşenkoya Yasenyukdan qurtulmağa kömək etdi. Amma Gürcüstanın
keçmiş prezidenti daha sonra öz şəxsi siyasi layihəsi ilə məşğul oldu və özünü korrupsiya ilə
mübarizə "pəhləvanı” elan etdi. Poroşenkonun yaxın ətrafı, həmçinin parlamentdə prezident
fraksiyasının rəhbərinin birinci müavini İqor Kononenko ilə münaqişəyə girdi.
İstefanın həqiqi səbəbləri...
Saakaşvilinin məhz indi istefa verməsinin əsas səbəblərindən biri oktyabrın əvvəlində
Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələridir. Əgər Saakaşvilinin partiyası - "Vahid
Milli Hərəkat” seçkiləri udsaydı, o, vətənə qayıtmağa ümid edə bilərdi. Amma bu baş vermədi.
Saakaşvilinin partiyasi yalnız uduzmadı, həm də partiyada parçalanma baş verdi. Partiyadakı
qruplardan biri bildirdi ki, təşkilatın lideri başqa ölkədə vəzifə tutmamalı, xarici ölkənin
vətəndaşı olmamalıdır. Gürcü politoloq Vaxtanq Maisaya deyib ki, Saakaşvili qubernator
vəzifəsindən istefa edərək partiya daxilində öz şəxsi statusunu saxlamaq istəyir: "Onun üçün
Gürcüstan müxalifətinin formal lideri olmaq daha əhəmiyyətlidir”. Daha mühüm səbəb
Saakaşvilinin tərəfdarlarının Ukrayna hakimiyyətindən tədricən gedişidir. Son olaraq Odessa
vilayətinin polis rəisi Georgi Lordkipanidze də istefa verdi. Nəticədə, qubernator təsirini itirirdi.
Saakaşvili nəyə nail oldu?
Odessa qubernatorunun işini çoxmənalı qiymətləndirirdilər. Bəziləri onu korrupsiya ilə mübarizə
və islahatlara görə tərifləyirdilər. Digərləri isə eks-prezidenti populizmə və piara görə
qınayırdılar. 2016-cı ilin sentyabrında Saakaşvilinin reytinqi Ukrayna qubernatorlarının qeyrirəsmi reytinqində dördüncü yeri tutub. Onun rəhbərlik etdiyi vilayət kənd təsərrüfatı və tikintinin
dinamikası üzrə yaxşı nəticələr göstərib. Ukraynadakı araşdırma qruplarının hesablamalarına
görə, Saakaşvili öz vədlərinin sadəcə 40 faizini yerinə yetirib. Onların arasında inzibati
xidmətlər mərkəzinin yaradılması və rayon rəhbərlərinin təyinatı üçün müsabiqənin keçirilməsi
xüsusi yer tutur. Sahibkarlar təsdiq edirlər ki, qubernatorun özü rüşvət götürmürdü. Amma buna
baxmayaraq, o, korrupsiyanın kökünü kəsməyə nail ola bilmədi. Odessa gömrüyündə də
vəziyyət ürəkaçan olmadı. Saakaşvili problemli yükləri qaçaqmalçılıq və korrupsiya mənbəyi
kimi bloklamağa üstünlük verirdi. Amma nəticədə bu yalnız ona gətirib çıxardı ki, həmin yükləri
başqa regionların gömrükləri vasitəsilə rəsmiləşdirməyə başladılar. Bəzi məlumatlara görə, başqa
vilayətlərdə gömrük qeydiyyatından keçən yüklərin təxminən 60-70 faizi həqiqətdə Odessa
limanları vasitəsilə Ukraynaya keçirdi.
Bundan sonra nələr olacaq?
Politoloq Qabil Hüseynli deyib ki, Saakaşvili istefası ilə səhvə yol verdi. Onun sözlərinə görə,Ukrayna kimi böyük bir ölkədə korrupsiyaya qarşı mübarizə aparmaq elə də asan məsələ deyildi:
"Saakaşvili bir az dözməli idi. Həmçinin, islahatların tədricən həyata keçməsinə nail olmaq üçün
Qərb vasitəsi ilə Ukrayna hökumətinə təzyiq göstərməyə çalışmalı idi. Amma görünür,Saakaşvilinin əsəbləri dözmədi və istefa vermək məcburiyyətində qaldı. İstefa Ukrayna üçün
böyük itkidir. Bu qərar Ukraynanın beynəlxalq mövqelərini xeyli kəskinləşdirəcək. Çünki
Saakaşvilinin istefa qərarı göstərir ki, Ukraynada heç bir reform baş tutmayıb, heç bir islahat
aparılmayıb. Bunun müqabilində oliqarxların meydan sulamasına geniş şərait yaradılıb.
Saakaşvilinin verdiyi mesajlardan aydın olur ki, bu prosesdə ölkə Prezidenti Poroşenkonun rolu
danılmazdır”. Q.Hüseynlinin fikrincə, Saakaşvilinin Ukraynada qalması şübhəli və təhlükəlidir:
"Əgər bir adam hakimiyyətdə ola-ola ölkədəki neqativliklərə qarşı mübarizə apara bilmirsə,
vəzifədən getdikdən sonra bunu hansı formada edəcək?! Hesab edirəm, artıq Saakaşvilinin
hakimiyyətdə qalması mümkün deyil. Çünki bir müddətdən sonra Ukraynada ona qarşı sui-qəsd
də ola bilər. Onun üçün ən yaxşı variant hansısa Qərb ölkəsinə, ABŞ-a gedərək öz fəaliyyətinə
orada davam etməkdir”.
İsmayıl