"Saakaşvili Poroşenkonun təklifi ilə razılaşmayacaq" -ekspert



Ukrayna prezidenti Pyotr Poroşenkonun Mixail Saakaşviliyə təklif etdiyi vəzifədə səmimi deyil. 

Bunu Sherg.az-a Odessa vilayətinin keçmiş qubernatoru M. Saakaşviliyə yeniə vəzifə təklif olunmasına münasibət bildirərkən politoloq Qabil Hüseynli söyləyib. 

Politoloqun sözlərinə görə M. Saakaşvili və P. Poroşenko arasındakı münasibətlər yaxşı deyil: 

"Bu əvvəldən edilən təklifdir. M. Saakaşvili hərəkat yaradıb, Ukraynada yeni proses başlatmağa çalışır. O, P. Poreşenkonu bütün oliqarxlara qəyyumluq etməkdə günahlandırıb. Bu səbəbdəb hesab edirəm M. Saakaşvilinin Ukrayna hökumətinin başına gəlməsi ehtimalı çox azdır. Bir sözlə, keçmiş qubernator P.Poroşenkonun təklifini qəbul etməyəcək".

Qeyd edək ki, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Ukrayna prezidenti Pyotr Poroşenko ona hökumətə və "Pyotr Poroşenkonun Bloku”na rəhbərlik təklif edib.

Aysel Aslan