“Sərhədsiz Reportyorlar”ın Türkiyə və Azərbaycana qərəzi var

Hikmət Babaoğlu: “İmperializmə xidmət edən “yumşaq güc” vahidləri düşünməsinlər ki, bu cür informasiyalarla hədəfə sərrast atəş aça bilirlər”
Müşfiq Ələsgərli: “Həmin təşkilatın fəaliyyətində hər zaman anti-müsəlman, anti-Şərq ovqatı hökm sürüb”



"Sərhədsiz Reportyorlar” təşkilatı növbəti qərəzli hesabatını açıqlayıb. Uydurma hesabatda 35
dövlət və hökumət başçısının, o cümlədən Azərbaycan rəhbərliyinin neqativ planda adı
hallandırılıb. Sənəddə iddia olunub ki, guya, Türkiyədə kütləvi repressiyalar dalğası davam edir
və ən azı 130 jurnalist həbsdədir, 140-dan çox KİV bağlanıb. Təşkilatın iddiasına görə, hazırda
Azərbaycanda 8 jurnalist və blogger həbsdədir. Onlarla KİV nümayəndəsi isə təqiblərdən xaricdə gizlənmək məcburiyyətində qalıb.

Qurumun böhtan dolu hesabatına münasibət bildirən millət vəkili, "Yeni Azərbaycan” qəzetinin başredaktoru Hikmət Babaoğlu deyib ki, "Sərhədsiz Reportyorlar” həqiqətən qərəz və yalanda
sərhəd tanımırlar. Bu təşkilat növbəti dəfə öz konkret maraqları və ona verilən sifariş əsasında
Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı qərəzli dəyərləndirmələr aparıb, ölkəmizi son
sıralarda göstərib
:

"Təşkilatın hesabatında yer alan qərəzli məqamlar Azərbaycan gerçəkliyini
ifadə etmir, çünki ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Bu cür bəyanatlar
Azərbaycanda söz və mətbuat azadlığının olduğuna heç bir şübhə yarada bilməz. Ölkəmizdə
intellektul-mədəni cəmiyyət formalaşıb. Hər hansı bir qeyri-hökumət təşkilatının manipulyasiya
vasitəsilə Azərbaycanda ictimai rəyə təsir etməsi mümkün deyil. Bu baxımdan, "Sərhədsiz
Reportyorlar” qeyri-obyektiv yanaşması ilə ölkəmizdə ictimai rəyə təsir edəcəyini düşünürsə,
tamamilə yanılır. Digər tərəfdən, Azərbaycanın çox güclü media ordusu var və Azərbaycan
mediası qlobal informasiya məkanında nə baş verdiyini, hansı transmilli medianın və ya qeyri￾hökumət təşkilatının nəyə xidmət etdiyini dərk edir. Üstəlik, bu prosesləri obyektiv şəkildə
Azərbaycan cəmiyyətinə "tərcümə edir”. Ona görə də "Sərhədsiz Reportyorlar” və digər bu kimi
imperializmə xidmət edən "yumşaq güc” vahidləri düşünməsinlər ki, bu cür informasiyalarla
hədəfə sərrast atəş aça bilirlər. Onların açdığı atəş "bumeranq” effekti ilə özlərinə dönür. Çünki
atəşin kim tərəfindən nə məqsədlə açıldığı Azərbaycan ictimaiyyətinə bəllidir”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də bildirib ki, bu təşkilatlar siyasi sifariş
xidmətçiləridir
:

"Sərhədsiz Reportyorlar”, "Freedom House” və digər bu kimi beynəlxalq
təşkilatların siyasi sifariş yerinə yetirməsi, erməni lobbisinin təsiri altında olması təsdiq olunmuş
faktdır. Sözügedən təşkilatların hesabatlarının təhlili aparıldıqdan sonra məlum olur ki, onların
verdiyi açıqlamalar heç bir əsası olmayan qərəzli məlumatlardır. "Freedoom House” təşkilatı öz
hesabatlarında Amerikadakı ciddi qanun pozuntularına yer ayırmır. Hətta həmin faktlar
Amerikanın siyasi dairələri tərəfindən də etiraf olunur. Misal üçün, prezidentliyə namizəd olan
Donald Tramp orada seçki saxtakarlığı ilə üzləşdiyini iddia etdi. Eləcə də oradakı polislərin
qaradərili insanları güllələməsi, ABŞ-da jurnalist ölümü faktları, terror və digər bu kimi onlarla
hadisə baş versə də, niyə bunların heç biri həmin hesabatlarda yer almır? Belə çıxır ki, həmin
təşkilatlar özlərinin yaşadıqları, fəaliyyət göstərdikləri şəhərlərdə baş verən hadisələrə diqqət
ayırmır, lakin min kilometrlərlə uzaqda olan Azərbaycandakı məsələləri bu qədər həssaslıqla
izləyirlər?”.

M.Ələsgərli deyib ki, sözügedən hesabatlarda yer alan ölkələrin sırasına baxdıqda
orada daha çox müsəlman ölkələrinin yer tutduğunu görmək olur
:

"Təbii ki, bu da təsadüfi deyil. "Sərhədsiz Reportyorlar”ın keçmiş rəhbəri hazırda Fransada şəhər meri kimi çalışır. Lakin o, təşkilata rəhbərlik etdiyi zaman müsəlman miqrantlarına qan uddurmaq və onları şəhərlərdən qovmaq fəaliyyəti ilə yadda qalıb. Həmin təşkilatın fəaliyyətində hər zaman anti-müsəlman, anti-Şərq ovqatı hökm sürüb ki, bu da müsəlman dünyasına qarşı aparılan kampaniyanın tərkib
hissəsidir. Qərəzli təşkilatlar adi beynəlxalq jurnalist təşkilatı deyil, hansısa qüvvələrin siyasi
sifarişini yerinə yetirirlər. Bütün bunlar sübut olunan faktlardır”.
 
İsmayıl