“Şərq”in xüsusi müxbiri yazır- Latviyada ilk qar




 

"Şərq”in Latviyadakı xüsusi müxbiri, Latviya-Azərbaycan Kültür Assosiasiyasının rəhbəri Faiq Səfərov Riqaya yağan ilk qarla bağlı xoş təssüratlarını Azərbaycan oxucuları ilə paylaşıb. 

Sherg.az xəbər verir ki, 50 ildir Latviyada yaşayan birlik sədri Paris adlandırılan Riqa şəhərinə yağan ilk qarın gözəl mənzərə yaratdığını deyib: "Azərbaycandan kənarda olduğumuza görə, dünyada gedən prosesləri fərqli gözlərlə izləyirik. Ona görə də Avropanın yaraşıqlı şəhərində yağan qar belə bizim üçün xoş təəssürat yaradır. Avropanın coğrafi mərkəzində yerləşən Riqa şəhərinə ilk qış günləri böyük qar yağıntısı ilə başlayıb. İndi qar, buz və şaxtalar mayın ortalarına qədər davam edəcək. Yayın ləzzəti olduğu kimi, qışın da başqa ləzzəti var. İlk qardan danışmazlar, sadəcə baxarlar”.