“Seymur mənim oxuduğum köşə yazarlarından biridir”

Azər Həsrət: “Amma baxın ki, Seymuru o köşələrinə görə deyil, hansısa gəlin-qayınana söhbətlərinin olduğu bayağı və ucuz şoularda iştirakına görə tanıyırlar”
“Mən problemin bu tərəfinədiqqət çəkmək istəmişəm. Amma təəssüflər olsun ki, bəzən kənardan bunu götürüb iki jurnalistin şəkil davası kimi təqdim edirlər”



Sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də iki tanınmış jurnalistlə bağlı olan söz-söhbətlərdir. Əməkdar jurnalist Azər Həsrətin həmkarı Seymur Verdizadə ilə bağlı yazdığı
"Seymur Verdizadənin "faciəsi” başlıqlı köşə yazısı birmənalı qarşılanmayıb.

Yazıda həmkarı ilə birgə iştirak etdiyi seminarda baş verənləri qeyd edən A.Həsrət hər kəsin
Seymurla şəkil çəkdirdiyini də bildirib.

Bununla bağlı "Şərq”ə açıqlama verən jurnalist fikirlərinin düzgün anlaşılmadığını deyib. Onun sözlərinə görə, cəmiyyətin bütün təbəqələri, hətta dövlət vəzifəli şəxslərin ciddi yazılara deyil, şou proqramlara üstünlük verməsi həqiqətəndə faciədi:

"Bəzi həmkarlarımız yazımı götürdülər və onu şəkil davası kimi təqdim elədilər.
Amma əslində çox ciddi və bütün cəmiyyəti düşündürməli olan sosial problem haqqında
yazmışdım. Azərbaycan cəmiyyətində bir aşınma olduğunu diqqətə çatdırmaq istəyirdim və
yazılanlar yalan deyildi. Problemin mahiyyəti təbii ki, Seymurda deyil. Mahiyyət şou￾proqramlarının cəmiyyət tərəfindən ciddi izlənməsindədi. Cəmiyyətimizdə hətta dövlət vəzifəli
məmurlar və icra başçıları belə Azər Həsrətin Xəzər TV-dəki yayımlanan "Tərs bucaq” adı
altında həftədə bir dəfə yayımlanan şərhinə ümumiyyətlə baxmırlar. Halbuki bu, onların
vəzifəsidi, çünki bu bir siyasi maarifləndirmədi, dünya hadisələrinin şərhidi və dövlət vəzifəsi
olaraq onların borcudur. Lakin efirdə olan qayınana-gəlin tipli ayıb və aşağı səviyyəli verilişləri
bütün gün izləyirlər. İstər icra başçılarının, istərsə də ayrı-ayrı kateqoriyadan olan vətəndaşların
bütün bunlardan xəbəri var. Mən yazımda diqqəti bu məsələyə çəkmək istəmişdim”.

A.Həsrət həmçinin bildirib ki, S.Verdizadə ilə hər kateqoriyadan olan insanlar şəkil çəkdirir.
Jurnalist bunun yaxşı hal olduğunu, lakin həmkarının şou verilişləri ilə deyil, yazdığı yazılarla
tanınmasını istədiyini deyib
:

"Seymur çox fəaldır və ciddi köşə yazıları yazır. Mənim oxuduğum
köşə yazarlarından biridi. Mütləq şəkildə çalışıram ki, onun bütün yazılarını oxuyum və izləyim.
Cəmiyyətimizdə olan çox ciddi məsələlərlə bağlı yazıları var. Amma baxın ki, Seymuru o
köşələrinə görə deyil, hansısa gəlin-qayınana söhbətlərinin olduğu bayağı və ucuz şoularda
iştirakına görə tanıyırlar. Yəni mən problemin bu tərəfinə diqqət çəkmək istəmişəm. Amma
təəssüflər olsun ki, bəzən kənardan bunu götürüb iki jurnalistin şəkil davası kimi təqdim edirlər.
Mənim şəkil dərdim və problemim yoxdu. Hətta yazının birinci cümləsinə də yazmışam ki,
"Seymurunmu... bəlkə cəmiyyətin faciəsi”. Düşünürəm ki, bu, cəmiyyətin faciəsidi. Çünki sabun
köpüyü kimi boş, teatrlaşdırılmış, guya, insan faciələrinin çözüldüyü verilişlərə icra başçısından
tutmuş adi süpürgəçiyə qədər hər kəs bütün gününü ona həsr edir. Halbuki, Seymur kimi çox
gözəl qələmi olan insanların köşə yazılarını oxumurlar. Nəticə etibarı ilə o şoularda bir dəfə
çıxış edən adamı bütün ölkə tanıyır və onunla şəkil çəkdirmək üçün növbəyə dururlar. Hətta
Seymur özü də qeyd edib ki, mən daha çox şou proqramlardakı iştirakıma görə tanınıram. Amma
təəssüflər olsun ki, bəzi həmkarlarımız qaşınmayan yerdən qan çıxarırlar”.

Yeganə Bayramova