“Məsələn, insanlar qaban və mamont ovlayacaqlar”
Soy-kök hər şeyi həll etmir, əsas elm və təhsildir
20:58 01.11.2016
Arxiv
750
“Bir azdan cəmiyyətimizə ibtidai icma quruluşundakı kimi ənənələri də gətirəcəklər”
“Məsələn, insanlar qaban və mamont ovlayacaqlar”
“Məsələn, insanlar qaban və mamont ovlayacaqlar”
Noyabrın 25-də Azərbaycan Dillər Universitetində "Milli adət-ənənələrimizi yaşadaq” adlı tədbir keçiriləcək. ADU-nun tədris işləri üzrə prorektoru Əfqan Abdullayevin bu təşəbbüsü universitet rəhbərliyinin I kurs tələbələri ilə görüşündə müzakirə olunub və rəğbətlə qarşılanıb.
Tədbirin keçirilməsində məqsəd tələbələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların soy-kökümüz və milli adət-ənənələrimizə bağlılığının daha da möhkəmləndirilməsi, milli irsimizin təbliğ edilməsidir. Bu məqsədlə qərara alınıb ki, hər ayın bir günü universitetin I kurs tələbələri könüllü olaraq dərsə milli geyimdə və ya milli geyimin hər hansı bir elementini əks etdirən tərzdə gəlsinlər.
Tədbirdə I kurs tələbələri ilə yanaşı, professor-müəllim heyəti, digər kurs tələbələri də iştirak edə bilər.
Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı "Şərq”ə açıqlama verərkən bu cür tədbirlərin keçirilməsinin təhsilimizə heç bir töhfə verməyəcəyini deyib. Onun sözlərinə görə, soy-kök hər şeyi həll eləmir, əsas olan elm və təhsildi: "Bir azdan cəmiyyətimizə ibtidai icma quruluşundakı kimi ənənələri də gətirəcəklər. Məsələn, insanlar qaban və mamont ovlayacaqlar. Yəni, bu kimi addımların tətbiq olunması mümkündür. Çünki Azərbaycanda belə düşünürlər ki, təhsil müəssisəsi insanlara təhsil deyil, daha çox tərbiyə vermək imkanlarına malikdir. Bu isə onu deməyə əsas verir ki, biz universitetlərdə təhsildən çox hər şeylə məşğul oluruq. Maraqlı bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Amerikalılar meksikalılara həmişə deyir ki, "siz böyük millətsiz, sizin dərin keçmişiniz və tarixiniz, soy-kökünüz var. Amma bizim heç nəyimiz yoxdur. Amerikalılar bunu çox böyük maraqla deyir. Çünki onların bu dediklərində əslində böyük bir istehza var. Meksikalılar qaçıb o ölkədə yaşayırlar. Deməli, soy-kök hər şeyi həll eləmir”. R.Hacılı ali məktəblərin təhsil sisteminin bütün cəhdlərlə xalqımızın keçmişlə yaşaması və gələcəyi düşünməyəcəyi kimi qurulduğunu da vurğuladı: "Bu istiqamətdə "Kitabi-Dədə Qorqud”dakı obrazların geyimini təklif edəcəklər, sinif nümayəndəsinin adını dəyişib "Dədə Qorqud” qoyacaqlar. Hətta ondan saqqal saxlamağı tələb edəcəklər. Təki Azərbaycan xalqı təhsilsiz və bədbəxt olsun. Bütün məqsəd budur. Mən görməmişəm desinlər ki, hansısa universitetimizdə təhsil ilə bağlı müəyyən bir yenilik edildi. Ali təhsil müəssisələrimizdə olan yeniliklər-qızın yubkasını uzatdılar, topuğunun altına saldılar. Sonra dedilər ki, topuğun altı azdı, bir az da aşağı düşsün sürünsün. Hansısa universitetdə oğlanlara söylədilər ki, saqqalınızın filan yerini kəsməlisiz. Ancaq belə işlərlə məşğuldurlar. Hansı ki, təhsil ocağı bu şeylərlə yox, təhsil vermə ilə məşğul olmalıdır. Təhsil ocaqlarında laboratoriyalar açılmalıdı. Uşaqları təcrübə üçün xaricə göndərməlidirlər. Məsələn, Dillər Universitetində bu gün Azərbaycanın qərbdə təhsil alması üçün tələbələrin proqramları bağlanıb. Tələbələrin hərtərəfli inkişafı üçün universitetlər alternativ proqramlar tapmalıdırlar. Azərbaycan gənci dünya təhsilini və inkişaf eləmiş ölkələrdəki elmi tərəqqi ilə tanış olmalıdı. Bu kimi tədbirlər xalqı geriyə aparmaq üçün keçirilən islahatlardı. Bunu bir ölkəyə ancaq düşmənlər edə bilər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm