Stüardessalar girişdə sərnişinləri qarşılayarkən əllərini niyə arxaya aparırlar?

Hər təyyarəyə qalxan zaman stüardessalar girişdə sərnişinləri qarşılayarkən əllərini arxaya apararlar. Bunun səbəbini heç maraqlandınızmi? Az- çox ətrafı müşahidə edən və təyyarə səyahətləri mövzusunda təcrübəli bir adamsınızsa bu hadisənin mütləq fərqinə varmısınız. Bu mövzunu bilməyən bir çox insan stüardessaların bunu bilməyərək etdiyini, ya da sərnişinə qarşı bir hərəkət olduğunu düşünürlər. Ancaq bu fikir olduqca səhvdir, stüardessaların bu hərəkəti etmələrinin əslində olduqca sadə bir səbəbi var.
Təyyarələrin uçuşu zamanı stüardessalar gələn sərnişinləri qarşılayarkən bir tərəfdən də əskik sərnişinin olub-olmadığını müəyyənləşdirmələri lazımdır. Buna görə əllərinin içində bir sayğacdan istifadə edirlər.  Stüardessalar sərnişinlərə qarşı  hər hansı bir nəzakətsiz hərəkət etməmək üçün əllərini arxaya ataraq sayğacları sərnişinlərin görməyəcəyi şəkildə işlədirlər. Bununla sərnişinləri sayan stüardessalar, onların əskik olub- olmadığını asanca müəyyən edirlər.