Suriya müxalifəti Trampdan yardım istədi




Suriya müxalifəti bu ölkədə gedən döyüşlərin dayandırılmasına dəstək göstərməsi üçün ABŞ-ın yeni prezidenti Donald Trampa müraciət edib.

 Sherg.az Fransanın "Lefigaro.fr" saytına istinadən xəbərinə görə, müraciətdə deyilir ki, Suriyada 5 ildən artıq davam edən qanlı toqquşmalar 300 mindən artıq insanın tələfatına səbəb olub: 

"Sizinlə bağlantılarımızı gücləndirmək istəyirik. Məqsədimiz isə ölkəmizdə müxtəlif formalarda baş verən terror təhlükəsini tez və qısa zamanda yoluna qoymaqdan ibarətdir. ABŞ -in Suriyada beynəlxalq koalisiyas var. Həmin koalisiya İŞİD- in bu ərazilərdəki mövqelərini bombalayır. Eyni zamanda Bəşər Əsəd rejiminə qarşı olan qüvvələrə hərbi dəstək göstərir".

Bundan başqa, məktubda D.Tampın proseslərə müdaxilə etməsinə əminlik ifadə edilib. Və bildirilib ki, yeni prezidentin proseslərə aktiv müdaxiləsi müsbət effekt verə bilər.

Ayyət