Suriyada İŞİD-in hücumu nəticəsində 1 türk əsgəri şəhid olub, 2-si yaralanıb




Suriyanın şimalında İŞİD-in hücumu nəticəsində ağır yaralanan türk əsgəri şəhid olub.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.
Bundan əvvəl İŞİD-in nəzarətindəki ərazilərdən türk hərbçilərinin olduğu bölgənin qumbaraatanlardan və raketlərdən atəşə tutulduğu, 3 əsgərin yaralandığı, onlardan 1-in vəziyyətinin ağır olduğu bildirilirdi.