Tahir Kərimli yenə himndən danışdı: "Yenidən aranjiman olunacaq"



Milli Məclisin iclasında "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı deputat Tahir Kərimli yenə himndən danışıb. 

Xatırladaq ki, bundan əvvəl deputatın himnin sözləri ilə bağlı dediyi, "sözləri uzundur, dəyişilməlidir" sözləri böyük ajiotaja səbəb olmuşdu. 

Sherg.az-ın xəbərinə görə, T.Kərimli bu məsələyə yenidən toxunaraq bildirib ki, himnlə bağlı müzakirələr onun əleyhimə yönəlsə də, cəmiyyətə xeyirli olub: 

"Himnin mahiyyəti ilə bağlı daha çox məlumatlar əldə edildi. Hazırda məlumat almışam ki, himn beynəlxalq səviyyədə yenidən aranjiman olunacaq. Qarabağı işğaldan azad etməyi istəyən bir millətin himni daha əzəmətəli və keyfiyyətli olmalıdır. Müsavat Partiyasının başqanı himnin sözlərinin dəyişməz olduğunu deyir. Halbuki onun özü 1992-ci ildə himndə bəzi sözlərin dəyişilməsi ilə bağlı təkliflər vermişdi. Buna görə də, onun ittihamlarını qəbul etmirəm ”.
Anar