Tramp hamını özünə güldürdü





ABŞ prezidenti Donald Tramp Texas ştatının Meksika ilə sərhədindəki bir şəhərdə tikilən divardan danışıb. Lakin məlum olub ki, həmin şəhərdə divardan əsər-əlamət də yoxdur.

Musavat.com xəbər verir ki, bu barədə "The İndependent” qəzeti məlumat yayıb.

"Hər kəsin divarların yararlı olmasından xəbəri var. Müxtəlif yerlərə baxırsan. Harda divar varsa, orada problem yoxdur. Götürək San-Antonio şəhərini… Bu şəhər təhlükəli yerədən ən təhlükəsiz bölgəyə çevrilib”,- deyə ABŞ dövlət başçısı deyib.

San-Antonio meri rəhbərlik etdiyi şəhərin ölkədə ən təhlükəsiz yerlərdən biri olduğunu təsdiqləsə də, divar haqqında bir kəlmə deməyib.
Məsələ burasındadır ki, şəhər Meksika ilə sərhəddən nə az nə çox, düz 240 km aralıda yerləşir, üstəlik burada divar da yoxdur.
Buna görə də sosial şəbəkələr Trampı ələ salan mesajlarla dolub.

Bəziləri isə bunu prezidentin növbəti savadsızlığı və mədəniyyətsizliyi kimi göstərib və ona xəritə bağışlamağı təklif ediblər.