Tramp partiya sədrini bağışlamayacaq

Hillari Klintona yazılan təbrik məktubunun mətni dəyişdirilib



AXCP sədri Əli Kərimli ABŞ-ın yeni Prezidenti Donald Trampa göndərdiyi təbrik məktubunda
özünü biabır edib. Aydın olub ki, Ə.Kərimli təbrik məktubunu demokratların namizədi Hillari
Klintona hazırlayıb. AXCP sədri məktubda Hillari Klintonu prezident seçilməsi münasibətilə
təbrik edib, demokratlara böyük uğurlar arzulayıb.

Həmçinin, Hillari Klintonun həyat yoldaşı Bill Klintonun Amerikaya yaxşı rəhbərlik etdiyini
xatırladıb. Görünür, o, Hillari Klintonun prezident seçiləcəyinə ciddi şəkildə əmin imiş. Lakin
Kərimlinin "uzaqgörənliyi” özünü doğrultmayıb. ABŞ-da Klinton yox, Donald Tramp Prezident
seçilib. Ə.Kərimli də Hillari Klintona yazdığı məktubun yalnız girişində "Mister Tramp”
sözlərini qeyd edərək, D.Trampa ünvanlayıb. AXCP sədrinin Klintonun təbrik edildiyi məktubu
Trampa göndərməsinin səbəbləri də maraqlıdır. Bununla bağlı yayılan məlumatları araşdırarkən,
səbəblər də müəyyən qədər aydınlaşır. 

Əli Kərimli məktubu özü hazırlamayıb. Gecə saatlarında  (məktubun göndərildiyi saat 03:14 göstərilir) Trampın qələbəsi elan olunan kimi AXCP sədri  tələm-tələsik giriş hissəsinə yeni prezidentin adını əlavə edərək göndərib. İngilis dilini bilmədiyi  üçün məktubda yazılanları da anlamayıb. Sosial şəbəkələrdə yayılan məlumatlarda Əli Kərimlinin təbrik məktubunu Xədicə İsmayılın hazırladığı deyilir. Əli Kərimlinin məktubunda o qədər də diqqət yetirilməyən bir nüans da var. AXCP sədri özünü Azərbaycan müxalifətinin lideri kimi təqdim edir. 

"Azərbaycan müxalifətinin lideri kimi Amerika demokratlarınatəbriklərimi çatdırıram” yazır. Bu isə artıq nonsensdir. AXCP Azərbaycanda mövcud olan çoxsaylı müxalifət siyasi partiyalarından biridir və onun özünü lider elan etməsi şəxsi təxəyyülün məhsulundan başqa bir şey deyil.

Görünən odur ki, Ə.Kərimlinin H.Klintonun həyat yoldaşının prezidentliyi dövründə də
əlaqələrin yaradılmasını xatırlaması xatirə olaraq qalacaq. Onun demokratların yeni
administrasiyası ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurulacağına ümid etməsi də puça çıxdı. Qeyd
edək ki, bir siyasətçinin belə səhv etməsi siyasi dairələrdə ciddi yanlış olaraq qəbul edilir və
adətən bağışlanmır. Bu baxımdan, Trampın Əli Kərimlini bağışlayacağını da demək çətindir.

İsmayıl