"Trampın Dağlıq Qarabağ prosesinə təsir imkanları böyükdür"-Arzu Nağıyev





Donald Tramp və Hillari Klinton öz seçki öncəsi debatlarında, çıxışlarında elə bir yeni məsələ ortaya qoya bilmədilər. 

Bunu Sherg.az-a "Donald Trampın prezident seçilməsi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə müsbət təsir göstərə bilərmi?" sualını cavablandırarkən analitik Arzu Nağıyev bildirib.

 Ekspertin sözlərinə görə, onların fikirlərində hər hansı ciddi yeniliyin şahidi olmayıb: 

"Hər ikisinin də əsas toxunduğu məqamlar iqtisadiyyat, ölkəyə təhdid, terrorizmlə mübarizə oldu. Onlar bundan o yana hər hansı problemi qabarda bilmədilər. Ən maraqlısı isə odur ki, onların hər ikisinin bu problemlərin həlli üçün konkret resepti də yox idi. Düşünmürəm ki, belə tezliklə münaqişənin həllində məhz ABŞ-ın təsiri olsun. Təbii ki, regional layihələrdə tam iştirakçı olmaq üçün ilk növbədə təhlükəsizlik məsələləri ,o cümlədən təhdidlər aradan qaldırılmalıdır. Bu təhdidlərin ən mühüm də Dağlıq Qarabağ münaqişəsidir. Yəni Tramp ABŞ xarici siyasət kursundan çıxa bilməz, lakin dolayı da olsa prosesə təsir imkanı həddən artıq böyükdür".

Ayyət