Trampın reytinqi hər gün aşağı düşür
06:11 14.11.2018
Arxiv
681
Demokratlar Klintondan başqa namizəd irəli sürərsə, qalib gəlmək şansları yüksək olar
ABŞ prezidentliyinə keçmiş namizəd, sabiq dövlət katibi Hillari Klinton 2020-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə Klintonun sabiq müşaviri Mark Penn məlumat verib. Penn bildirib ki, "öz işinə və öz adına sadiq olan xanım Klinton sonunadək mübarizə aparacaq. O, əvvəlki seçkilərdə məğlubiyyət kimi "kiçik” bir uğursuzluğun onun Ağ Evə doğru yolunda maneəyə çevrilməsinə imkan verməyəcək.
Odur ki, xanım Klintonun iştirakı ilə yeni seçkiqabağı mübarizə gözləyin. Ola bilsin, o, bunu Senata seçilmiş demokratların çoxu kimi indi elan etməyəcək, amma daha sonra, ilkin səsverməyə qədər şəksiz edəcək”. Pennin sözlərinə görə, əvvəlki seçkiqabağı kampaniya zamanı hansı addımların yanlış olduğunu təhlil etmək və yeni strategiya hazırlamaq üçün Klintonun 2 il vaxtı olub. Klintonun özü prezident seçkilərinə qatılmaq planları barədə suala konkret cavab verməyib. O deyib ki, "seçkiqabağı mübarizə istəməzdi, amma prezident olmaq istərdi”. Məlumdur ki, indiki Prezident Donald Trampa qarşı Amerika ictimaiyyətində münasibət birmənalı deyil. Hətta sorğularda Trampın reytinqinin aşağı düşdüyü də bildirilir. Belə bir məqamda Klintonun ikinci şansının daha çox olacağı zənn edilir.
Klintonla bağlı yayılan söz-söhbətə münasibət bildirən politoloq Məhəmməd Əsədulluzadə "Şərq”ə bildirib ki, ABŞ-da Senata keçirilən seçkilərdə Demokratların nümayəndələr palatasında üstünlüyü əldə etməsi, 2020-ci ildəki prezident seçkilərində bu qüvvənin şansının kifayət qədər yüksək olacağını göstərir. Trampın reytinqi kifayət qədər aşağıdır və bundan sonrakı dönəmdə imicinin yüksələcəyi gözlənilmir.
Lakin xanım Klintonun 2020-ci il seçkilərində qalib gəlməsi problemli məsələdir. İnanmıram ki, ABŞ-ın "dərin dövləti” Klinton seçiminə müsbət yanaşsın. Ancaq Demokratlar Klintondan başqa namizəd irəli sürərsə, qalib gəlmək şansları yüksək olar. Çünki aralıq seçkilər Trampın mövqeyinin və gələcək şansının xeyli zəif olduğunu ortaya qoydu”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol