Türkiyədə terrorçu PKK ilə yaxın münasibətdə olan Xalqların Demokratik Partiyasının (HDP)
millət vəkillərinə qarşı əməliyyat keçirilib. Nəticədə HDP həmsədrləri Səlahəddin Dəmirtaş və
Figen Yüksəkdağ da daxil olmaqla 12 deputat həbs olunub.
"silahlı terror təşkilatına üzv olmaq” və "dövlətin birliyi və bütövlüyünü pozmağa təşəbbüs”
maddələri ilə ittihamlar irəli sürülüb. Dəmirtaş Diyarbəkirdəki evində, Yüksəkdağ isə
Ankaradakı evində saxlanılıb. Həbs qərarları terrorçuluq fəaliyyətinin istintaqı çərçivəsində
Diyarbəkir Prokurorluğu tərəfindən verilib. Terror əməliyyatı çərçivəsində saxlanılan HDP-li
deputat İdris Balukən Bingöldə məhkəmə qarşısına çıxarılıb. Məhkəmə İdris Balukənin PKK
terror təşkilatı üzvü ittihamı ilə həbs edib. Türkiyənin Nazirlər Kabinetindən beynəlxalq mətbuat
üçün verilən açıqlamada millət vəkillərinin ifadə verməyə gəlmədiyi üçün saxlandığı bildirilib.
prokurorluğa aparılıb. Vəkili Dəmirtaşın ona qarşı açılan cinayətlərə dair prokurorun suallarına
cavab vermək istəmədiyini, sadəcə qısa bəyanat verəcəyini bildirib. Prokuror müavini isə
Dəmirtaşın həbs edilməsini istəyib. Dəmirtaş, həbs olunması tələbi ilə Sülh Cəza Hakimliyinə
sövq edilib. Məhkəmə onun barəsində prokurorun verdiyi vəsatəti təmin edib. Nəticədə Dəmirtaş
və Figen Yüksəkdağ həbs ediliblər. HDP-li digər deputat Sırrı Süreyya polis nəzarətində olmaq
şərtilə azad edilib və ölkədən çıxmasına qadağa qoyulub. Bununla haqqında həbs-qətimkan
tədbiri seçilən HDP-çi deputatların sayı 5-ə çatıb. Xatırladaq ki, İdris Balukənin ardından
məhkəmə Nursəl Aydoğan və Leyla Birlik haqqında da həbs qərarı çıxarıb.
Türkiyənin Diyarbəkir vilayətinin Bağlar bölgəsində polis idarəsi partladılıb.
Partlayış bomba yüklü avtomobilin partladılması nəticəsində baş verib. Hadisədən sonra ərazidə
polislə terrorçular arasında atışma başlayıb. Atışmada 2-si polis olmaqla 6 nəfər sivil vətəndaş
həyatını itirib. Yüzlərlə insan yaralanıb. Terror aktının PKK-nın siyasi qanadı HTP liderlərinin
həbsi ilə bağlı olduğu ehtimal edilir. Türkiyənin Baş naziri Binəli Yıldırım baş vermiş terror aktı
ilə bağlı açıqlama verib. Yıldırım PKK terror təşkilatının üzvləri tərəfindən bomba yüklü bir
avtomobilin partladılması nəticəsində 8 nəfərin həlak olduğunu təsdiqləyib: "Terror təşkilatı bu
gün səhər saatlarında Diyarbəkirdə edəcəyini etdi. Alçaq, iyrənc üzünü göstərdi. Səhər erkən
saatlarda xüsusi təyinatlıların yerləşdiyi və vətəndaşların məktəbə, işə getdiyi bir bölgəyə hücum
edildi. 8 şəhid var və bunlardan 2-si polisdir. 1 terrorçu ölü olaraq ələ keçirilib. Xəstəxanada
müalicə olunan 100-dən çox yaralıdan 93-ü artıq evə buraxılıb, 7-nin isə hələ də müalicəsi
davam edir”.
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Türkiyənin Almaniyadakı müvəqqəti
işlər vəkilini HDP üzvlərinin həbsi ilə bağlı danışıqlara çağırıb. Nazirlikdən HDP siyasətçilərinin
həbsinin vəziyyətin kəskinləşməsinə səbəb olacağı bildirilib. Almaniya XİN-dən verilən
məlumata görə, heç kim Türkiyənin terrorla mübarizə hüququnu şübhə altına salmır. Amma bu,
müxalifət susdurmaq və ya hətta həbsxanaya göndərmək üçün bəhanə ola bilməz.
"Terrorun kökünü qazımaq üçün onun siyasi qanadını məhv etmək lazımdır”
az sayda həbs ediblər? Onlar əməlli-başlı terrorçularla bağlı olan bir partiyadır. Dövlət onlara
şans vermişdi ki, siyasətlə, sivil yollarla müəyyən məsələlərin həllinə çalışsınlar. Ancaq biri
gedir terrorçunun dəfnində iştirak edir, o biri terrorçu ilə şəkil çəkdirir. Aşkar şəkildə Türkiyə
dövlətinin ərazi bütövlüyünü təhdid edirlər. Belə vəziyyətdə də dövlət müəyyən addımlar atmalı
idi. Hesab edirəm ki, Ərdoğanın PKK-ya qarşı olan sərt siyasəti tamamilə yerindədir”. Deputat
deyib ki, terrorun kökünü qazımaq üçün birinci növbədə onun siyasi qanadını məhv etmək
lazımdır: "Çünki şansdan doğru istifadə etmədilər. Nəyə görə HDP Məclisdə idi? Silahı buraxıb
siyasət həyata keçirmək üçün. Bunlar həm problemlərini qaldırır, həm də türk əsgərinə atəş açıb
öldürürlər. Hökumət nə cavab verməli idi? Bu istiqamətdə daha sərt işlər görülməlidir. Onsuz da
Avropa Birliyi Türkiyənin atdığı addımları müəyyən dərəcədə qaralayır. Qaralayırsa, qaralasın,
indi ona görə Türkiyə öz ərazi bütövlüyünü qurban verməyəcək ki?”
Politoloq Qabil Hüseynli də bildirib ki, Türkiyə PKK-ya və onu himayə edənlərə qarşı
mübarizəni gücləndirməlidir: "PKK-nı müdafiə edən, onu maliyyələşdirən qüvvələrin
neytrallaşdırılmasına diqqət yetirilməlidir. Dünənki uşaq bu gün dağa çıxaraq potensial
terrorçuya çevrilir və Türkiyəyə qarşı amansız mübarizə aparır. Bu məsələlərdə onlara yardım
edən, yol göstərənlərə, siyasətçilərə qarşı mübarizə gücləndirilməlidir. Eyni zamanda bununla
bağlı dövlətin içərisinə sızmış adamlar aşkar edilməli və cəzalandırılmalıdır”. Q.Hüseynli
vurğulayıb ki, Türkiyə dərhal HDP-nin qapadılması prosesinə başlamalıdır: "Bu partiya 40 millət
vəkili ilə Türkiyə Böyük Millət Məclisində təmsil olunur. Partiyanın bütün üzvləri aşkar şəkildə
PKK-nın təbliğatını aparır və milləti separatçı, millətçi əhval-ruhiyyəsinə səsləyir. Ona görə də
partiya bağlanmalı, seçilən millət vəkilləri üzərinə ciddi nəzarət qoyulmalı, bir qisminin
fəaliyyəti ciddi araşdırılmalı, ya həbs edilməli, ya da ev dustaqlığına məhkum edilməlidir.
Türkiyə həqiqətən dövləti qorumaq istəyirsə, onu düşmənlərdən təmizləməlidir. Burada
demokratiya və digər məsələlər özünü doğrultmur”.