Türkiyədə növbəti PKK təxribatı: icra başçısı yaralandı (YENİLƏNİB)





PKK terrorçuları Türkiyənin Mardin vilayətinin Derik rayonunda yerli icra orqanına məxsus inzibati binaya raket atıblar.

Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Onların arasında icra başçısı Fatih Safitürk də var. Onun yüngül xəsarət aldığl deyilir.

Partlayışdan sonra ərazidəki təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma olub.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası göndərilib.