Türkiyəni ayağa qaldırmışdı: Qızını döyən ananın sonu baxın, nə oldu?

Mersində 3 yaşlı qızı Tuanna Çekmegelini döymək görüntüləri ictimai mediada böyük əks-səda yaradan Özbəkistanlı ana 36 yaşlı Gulchehra Isokulova, 11 ay həbs cəzasına məhkum edilib. 
Həsən Tayfun Çəkmi ilə həyat yoldaşı, bir uşaq anası Özbəkistan əsilli Gulchehra Isokulova aralarında yaranan münaqişədən sonra cütlük ayrı yaşamağa başlayıb. Qızları 3 yaşlı Tuanna anasının yanında qalıb. Gulchehra Isokulova keçən il dekabr ayında qızı Tuannanı döyüb. Gənc qadının əmsi oğlu isə bu anı cib telefonuyla çəkib, uşağın atası Həsən Tayfun Çekmegeliyə göndərib. Həyat yoldaşının qızını şillələyib, ayağı ilə qarınına basaraq təhqirlər etdiyini görüncə şok olan Çəkmi, məhkəməyə müraciət edib. Daha sonra cütlük boşanıb. Kiçik qızın vəlayəti ataya verilib. Ana haqqında "təhdid, təhqir, sadə yaralama" suçu ilə 5 il həbs cəzası istəyiylə Mersin məhkəməsində iddia açılıb.
İddianın son məhkəməsinə Gulchehra Isokulova ilə Həsən Tayfun Çəkmi də qatılıb. Ana Gulchehra Isokulova, uşağını çox sevdiyini və peşman olduğunu söyləyib. Həsən Tayfun Çəkmi isə şikayətçi olduğunu təkrarlayıb. Məhkəmə, özbək ananı 11 ay həbs cəzasına məhkum edib və cəzanı təxirə salıb.