Üzeyir Cəfərov: “ Gürcüstanın müdafiə naziri ordu quruculuğunda yenilik edir”




Gürcüstanda icbari hərbi xidmətin tətbiq olunması zəruri deyil.

Bunu Sherg.az-a həmin ölkədə gənclərin icbari hərbi xidmətə çağırışının bərpası haqqında qərarı şərh edərkən hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Bu qərarın yeniliyə keçid olduğunu deyən Ü.Cəfərov Gürcüstanın hərbi prinsipiallığını dəstəkləyib:

"Hazırda, Gürcüstan ordusu Avropa standartlarına uyğun formalaşdırılıb. Gürcüstan müdafiə naziri Levan İzoriya bu addımı atmaqla ordu quruculuğunda yenilik yaratmağa cəhd göstərib. Düşünürəm ki, bu, əvvəlki sistemlə indikini müqayisə etmək üçün də lazımi şərait yaradacaq”.

Ekspert onu da əlavə edib ki, qonşu ölkənin hərbi sahədə atdığı addımlar bizim üçün də nümunə olmalıdır.

Qeyd edək ki, Gürcüstanın müdafiyə naziri Levan İzorya keçmiş nazir Tina Xidaşelinin ləğv etdiyi hərbi xidmətə çağırışı bərpa edib.

Aysel Aslan