Üzeyir Hacıbəyli və Məleykə xanım




Məleykə Hacıbəyli Tiflisdə Qızlar Gimnaziyasında oxuyub, pedaqoji fəaliyyət göstərib. 1910-cu ildə Üzeyir bəy Hacıbəyli ilə ailə qurduqdan sonra Bakıya köçüb. O, Bakda da pedaqoji fəaliyyətini davam etdirib, Azərbaycanda konservatoriya təşkil olunandan sonra Üzeyirin məsləhəti ilə həmin ali məktəbə daxil olub.

Üzeyir bəyin ölümündən sonra "Arşın mal alan" musiqili komediyasının klavirinin Bakıda, "Koroğlu" operasının klavirinin isə Moskvada nəşr olunub işıq üzü görməsində böyük əməyi və xidməti olub. Məleykə Hacıbəyli 1966-cı ildə vəfat edib.