Valideynlər, DİQQƏT: "3 yaşından kiçik uşaqlar bağçaya getməməlidir" - PSİXOLOQ




"İnsanlar ailə qurur, qısa müddətdən sonra isə ayrılırlar”.

Bunu "Sherg.az”a ailə münasibətləri və övladların tərbiyə məsələlərində mövcud olan boşluqları şərh edərkən psixoloq Fərqanə Mehmanqızı deyib. 

Onun sözlərinə görə, bəzi valideynlər övlad dünyaya gətirir, bir müddət sonra isə buna peşman olurlar:

"Nəticədə isə, heç istəmədiyimiz formada öz övladları ilə aqressiv rəftar edirlər. Bu gün 1-2 yaşında körpələri bağçaya qoyan valideynlər var. Əslində, 3 yaşından kiçik uşaqlar bağçaya getməməlidir, valideyn tərbiyəsi ilə böyüməlidir. Valideyn işləyir, başa düşüləndir, lakin övladın tərbiyəsindən önəmli heç nə yoxdur. 

Bütün bunları əvvəlcədən planlaşdıraraq hərəkət etmək lazımdır. Ana övladına özünə güvəni aşılamalıdır ki, sən bunu tək bacararsan. Uşaq ana ilə birlikdə öyrənərək, özgüvəni yarandıqdan sonra bağçaya, sosial mühitə ötürülməlidir. Öz güvəni formalaşmadan uşağı, qanunlar olan yerə, sosial mühitə atmaq elə uşağa ilk travmanı yaşatmaq deməkdir”.

Aysel Aslan