Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib

Rusiyada dron hücumu nəticəsində ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, mərhum Ucar rayonunun Boyat kəndində dəfn olunacaq.

Qeyd edək ki, hadisə Rusiyanın Bryansk vilayətində baş verib. Belə ki, 1977-ci il təvəllüdlü Hüseyn Əlimusa oğlu Mussaliyevin avtomobilinə dron zərbəsi endirilib, o, aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.