Xəstəliklərin 60 faizi mənşəyini heyvanlardan götürür
07:55 13.11.2018
Arxiv
633
Bakıda Dünya Antibiotikdən Düzgün İstifadə Həftəsi çərçivəsində "Bir Sağlamlıq” yanaşması mövzusunda "dəyirmi masa” keçirilib.
Trend-in Səhiyyə Nazirliyinə istinadən məlumat verir ki, antibiotiklər qlobal sağlamlıq üçün artmaqda olan ciddi təhlükədir və onunla əlaqədar tədbirlərin görülməsi zəruri hala çevrilib. Bir çox bakteriyalara davamlı yoluxmanın nəticəsində hər il dünyada 70 min, Avropada isə 33 min nəfər həyatını itirir. Bu problemlər "dəyirmi masa”da geniş müzakirə olunub.
Tədbiri Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycandakı ofisinin rəhbəri xanım Fatoş Hande Harmancı açaraq antibiotiklərin sağlamlıqdakı rolundan və ondan düzgün istifadə barədə məlumat verib.
DST-nin Azərbaycan ofisinin nümayəndəsi Cəvahir Süleymanova qeyd edib ki, insan, heyvan və ətraf mühit bir-biri ilə sıx əlaqədədir və antibiotiklərin zərərli təsirinə qarşı bu üç amilin birgə mübarizəsi tələb olunur. Onun verdiyi məlumata görə, xəstəliklərin 60 faizi mənşəyini heyvanlardan götürür. Məhz bu səbəbdən həkimlər, baytarlar, həmçinin ictimaiyyət nümayəndələri öz səylərini birləşdirməlidir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak və Səhiyyə Nazirliyinin nümayəndəsi Nəzifə Mürsəlova "Antibiotik həftəsi” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıblar. Qeyd olunub ki, dünyanın 42 ölkəsində heyvanlarda istifadə edilən antibiotiklərin statistikası aparılır. Bu statistik göstəricilərə əsasən hər il təxminən 60 min ton antibiotikdən istifadə edilir.
Qida Təhlükəsizliyi Agentliyinin baş məsləhətçisi Mehriban Vəliyeva bu sahədə aparılan işlər, Azərbaycan Tibb Universitetinin təhsil keyfiyyəti və innovasiyalar şöbəsinin rəhbəri, professor Akif Qurbanov isə infeksion xəstəliklər zamanı mikrob və viruslara qarşı mübarizədə antibiotiklərdən istifadə edilməsi qaydaları haqqında məlumat veriblər.
Tədbirdə bildirilib ki, Dünya Antibiotikdən Düzgün İstifadə Həftəsinin əsas hədəfi insan, heyvan və ətraf mühit sağlamlığının "Bir sağlamlıq” yanaşmasında birləşməsidir. Dünyada bu problemin həllində uğur qazanmaq üçün "Bir sağlamlıq” yanaşması yeganə yoldur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə