"Yeni Zelandiyadan ölkəmizə normal yağlar göndərilir, amma..." - Təhlükə




"Kərə yağları əmtəə bazarının ən çox çirklənmiş ərzaq məhsullarından biridir.

 Bu sözləri Sherg.az-a bazarlarda saxta yağların kərə yağı adı altında satılması halına münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. 

Onun sözlərinə görə, Kərə yağı ilə bağlı hər gün AİB-ə istehlakçılar tərəfindən müraciətlər daxil olur: "

"Ötən həftə sonu bizə Sumqayıtdan nehrə yağı altında satılan əslində isə kərə yağı ilə heç bir əlaqəsi olmayan yağla bağlı məlumat daxil oldu. Hazırda həmin yağın nümunəsini axtarırıq. Kərə yağı ilə bağlı problemlər çoxalıb. Bu mənada keçən il Yeni Zelandiyaya beynəlxlaq konfransa gedən zaman oradan Azərbaycan göndərilən kərə yağının istehsal müəssəsinə baş çəkdim. Həmin zavodda Azərbaycan üçün hazırlanan yağları gördüm. Onun Azərbaycana gətirilmə yollarını öyrəndim. Məlum oldu ki, Yeni Zelandiyadan Azərbaycana normal kərə yağları göndərilir. Yeni Zelandiya yağlarının kərə yağı olduğuna inandım. Gördüm ki, orada Azərbaycana yağ göndərən müəssə gün ərazində 3, 5milyon litr süd emal edir. Bununla belə Azərbaycanın əmtəə bazarının kərə yağı sektorunda ciddi problemlər yaşanır. Cürbəcür qarışıq yağlar kərə yağı altında satışa çıxarılır. Bu məsələ cidi araşdırma tələb edir. Təəsüflər olsun ki, aidiyyatı qurumlar o işi ciddi araşdırmır və əhalinin bununla bağlı məlumatı azdır".

Ekspert kərə yağının əlamətlərindən də söz açıb: "

Məsələn, hansı yağ bərkdirsə, bu, onun kərə yağına yaxın olmasına sübutdur. Hansı yağı kəsəndə səlis kəsilmirsə, bu kərə yağının yaxşı əlamətidir. Səlis kəsilən yağların tərkibində marqarin və bitki yağları olur. Hansı yağ tez əriyirsə, bu kərə yağının əlamətidir. Kərə yağı bişəndə ayran qoxusu verir. Kərə yağı çox sarı olmamalıdır. Digər problem rayonlardan gələn camış yağlarındadır. Bəzən camış yağlarına marqarin qarışdırırlar ki, da artıq onun təbiiliyini itirir.Ümumiyyətlə, əldə satılan yağlardan ehtiyatlı olmaq gərəkir".

Qeyd edək ki, bazarlarda heyvanların iç yağı, piylər, bitkilər və mənşəyi bilinməyən kimyəvi materiallardan hazırlanan , xalqa kərə yağı adı altında sırınan yağlar satılır.

Ayyət Əhməd