Yolu keçən piyadanı maşın vurub öldürdü



Ağstafa şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, noyabrın 12-də saat 05:00 radələrində Ağstafa şəhərinin ərazisində Şəmkir şəhər sakini Vüqar Vəliyev idarə etdiyi "Mitsubishi” markalı avtomobillə yolu keçən şəhər sakini Bayraməli Hüseynəliyevi vurub.

Piyada hadisə yerində ölüb.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.