"Azərbaycan BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində Zimbabve ilə əməkdaşlıq edir".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, bu ölkə dikdator Muqabedən sonra dünyaya açılır: "Yeni prezidentin ölkəmizə səfəri əsasən iqtisadi əməkdaşlıq üçün nəzərdə tutulub. Zimbabve prezidentinin Azərbaycandan Qazaxısatana və Rusiya yola düşəcək. Oradan isə Davos forumuna qatılacaq. Zimbabve rəsmiləri qeyd edirlər ki, Azərbaycanın regionun aparıcı və zəngin enerji ehtiyatalarına malik ölkə olduğundan ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar. Onlar ölkəmizin Zimbabveyə investisiya yatırmasında maraqlıdırlar. Əsasən almaz və digər qiymətli metalların hasilatında Azərbaycanla əməkdaşlıq niyyətindədirlər. Təbii ki, Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı ölkəmizin beynəlxalq siyasi arenada mövqeyini gücləndirəcək. BMT-də səs vermədə məhz Zimbabve Azərbaycana bütün məsələlərdə səs verib, dəstəkləyib. Afrika ölkələri BMT -də və digər beynəlxalq təşkilatlarda həlledici səsə malikdirlər. Ona görə də bu coğrafi cəhətdən uzaq və inkişaf etməmiş bir ölkə olmasına baxmayaraq, Zimbabve dünayada tanınır və yeni siyasəti ilə tərəfdaşlar qazanmağa çalışır. Qoşulmama Hərəkatının üzvü kimi Azərbaycanla bu istiqmətdə də danışıqlar aparılacaq. Beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq və birbirlərini dəstəkləmək məsələləri müzkirə olunub, razılığa gəlinəcək. Azərbaycan latın Amerikası və Afrikanın zəif inkişaf etmiş ölkələri ilə əlaqə qurması beynəlxalq siyasətdə əlavə dəstək qazanmasına gətirə bilər. Bir ölkə BMT -də bir səs deməkdir. Biz Zimabave və bu kateqoreyada olan ölkələrlə əməkdaşlığı genişləndirib, Xocalı faciəsi və ərazi bütövülyümüzlə bağlı dəstək ala bilərik. Həmçinin bu ölkələr bir müddətdən sonra fəal silah alıcıları olacaqlar. Azərbaycan silah ixracını genişləndirməklə, gələcəkdə bu ölkələrlə silah ticarətində yeni bazarlar əldə edəcəklər. Bu gələcəyə hesablanmış siyasi yatırımdı".
Qeyd edək ki, Zimbabvenin Prezidenti Emmerson Mnanqaqva ölkəmizdə səfərdə oldu. Prezident İlham Əliyevlə də görüşən Zimbabve lideri bir sıra məsələlərin müzakirəsinə qatıldı. Maraqlıdır ki, cənab Mnanqaqva xarici səfəri çərçivəsində MDB ölkələri sırasında məhz Azərbaycan, Rusiya, Belarus və Qazaxıstanı seçib. Zimbabve tərəfi bu ölkələrin MDB məkanında ən yüksək inkişaf göstəricisinə malik olduğunu nəzərə alaraq, təcrübə mübadiləsinin aparılması, yeni iqtisadi və ticarət əməkdaşlığı imkanlarının araşdırılması və sərmayələr üçün bu ölkələri seçib. O çıxışlarında da bunu təsdiqlədi.
Ismayıl