Zorlamada ittiham olunan məktəb direktoru işdən çıxarıldı - Bakıda





Bakının Xəzər rayonunun 230 saylı məktəbinin direktoru işləmiş Elşən Qafarov ilə onun müavini Ləman Babayeva arasında baş verən qalmaqalla əlaqədar olaraq, məktəbin direktoru vəzifəsindən azad edilib.
Trend-in məlumatına görə, bu barədə E.Qafarov özü məlumat verib.
E.Qafarov deyib ki, Xəzər rayonunun 230 saylı məktəbinə 2012-ci ilin sentyabrında direktor təyin edilib. O bildirib ki, vəzifəsindən azad olunması üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət edib və ötən gün nazirlik onun ərizəsini qəbul edib.


E.Qafarov hazırda məktəbdə təhvil-təslim işləri apardığını söyləyib.
Xatırladaq ki, L.Babayeva E.Qafarovun onu zorladığını iddia edib, lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib.