
10-15 günlük ikən küçəyə atıldı: Körpələrin günahı nə? - Sosioloq
15:04 18.07.2023
Cəmiyyət
767
Bakıda 10-15 günlük körpə küçəyə atılıb. İyulun 17-də Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətdə uşaq aşkar edilib. Daha sonra körpə 1 saylı Körpələr evinə yerləşdirilib. Körpənin bədəninin üzərində hər hansı xəsarət izləri aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır.
Bədbəxt hadisə ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, qanunvericilik bu cür insanlara qarşı olduqca humanist davranır:

"Uşağı zibil qutusuna atmaq elə onun həyatına qəsd etməyə bərabərdir. Həmin körpə oradan sağ çıxmaya da bilərdi. İlk dəfə deyil, belə bir hadisə ilə qarşılaşırıq. Ora atıldığına görə soyuqdan dona və ya ağzı bağlı formada qaldığı üçün havasızlıqdan boğulub, ölən körpələr də olub. Ona görə də elələrinin cəzası qat-qat artıq formada verilməlidir ki, başqasına da dərs olsun. Qeydə alınan hadisə artıq rəzilliyin, qansızlığın neçənci mərhələsidir ki, insan dünyaya gətirdiyi övladına qarşı bu vəhşiliyi törətsin?! İnsan şərh etməyə söz də tapmır".
L.Mehralı diqqətə çatdırıb ki, son illər vətəndaş nikahlarının sayı artdığına görə, bu cür hallarla hələ çox rastlaşacağıq:
"Çünki nikahdankənar doğulan uşaqların sayı getdikcə artır. Bu hadisə vətəndaş nikahlarını problem etməyən, normal qarşılayan insanlar üçün görkdür. Nikahdankənar doğulan uşağın aqibəti gözönündədir. Ona görə də ailə instutundaki deqradasiyanın hansı həddə olduğu, vətəndaş nikahlarının günü-gündən artması, nikahdankənar doğulan uşaqların sayının çoxalması Azərbaycanın ənənəvi ailə modeli üçün hansı təhlükələri ehtiva etdiyini düşünmək lazımdır. Başa düşürəm, bəzən insan ən çətin anında nə edəcəyini bilmir. Amma çarəsiz qalan adam çıxış yolunu övladını zibilliyə atmaqda görməməli idi. Onun həyatı üçün təhlükə yaratmayacaq şəkildə uşağından imtina edə bilərdi. Hazırda əksəriyyətin müasir texnologiyalardan başı çıxır. Körpəsindən imtina etmək istəyən qadın ilk atacağı addım barədə məlumatlıdır. Bunun üçün müəyyən müəssisələr var ki, övladı oraya təhvil verəndə anonimliyin qorunması şərti gözlənilir. Analığına onsuz da kölgə düşəcəkdi, heç olmasa, insanlığı itirmədən uşaqdan vazkeçərdi. Bütün bunlar nəzərə alınaraq, həmin anaya sərtləşdirilmiş formada cəza verilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə
lham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
18:55 05.03.2026
Gündəm
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual