Ötənlərdə “Space” kanalında yayımlanan "İki dost" verilişində gülməli, bir o qədər də utancverici hal yaşanıb.Verlişin formatına uyğun olaraq iki telejurnalist ayrı-ayrılıqda insanlara yaxınlaşıb "Azərbaycana Böyük Britaniya yaxındır, yoxsa İngiltərə?", "Azərbaycana Kitay yaxındır, yoxsa Çin?", "Azərbaycana yoxuş çoxdur, yoxsa eniş?", "Bakıya Şabran yaxındır, yoxsa Dəvəçi?” kimi bəsit çaşdırıcı suallar veriblər. Əlində müasir telefon, dəbdəbəli geyimli gənclərin suallara cavabı heç də ürəkaçan olmayıb. Gənclərin çoxu bu suallara cavab verə bilməyib. Əlbəttə, bu hal heç də müsbət gələcək vəd etmir.
Həmin sorğunu izlədiyini söyləyən millət vəkili Fazil Mustafa da təsdiqləyib ki, mütləq əksəriyyət həmin sualları cavablaya bilmir:
“Kimsə də demir ki, bilmirəm, dərhal müdrik görkəm alıb deyir ki, Çin, yaxud İngiltərə yaxındır Hamısının əlində müasir telefon var, geyimləri müasir, fəqət qızlı-oğlanlı, qadınlı, kişili- kütləvi savadsızlığın, nadanlığın son nöqtəsində durmuşlar! Bunlar coğrafiya dərsində xəritəyə göz atmayıblar, kitab üzü açmayıblar, ancaq hamısı meyxanaları, prikolları, əyləncə mahnılarını əzbər bilirlər, türk dönərinin tamını Makdonalsın hotdoqundan ayırd edə bilirlər, maşınların markalarını və nömrə təsnifatlarını əzbər bilirlər, ancaq bəsit sualları cavablandıracaq qədər dünyagörüşü əldə etməyiblər.
Hələ sadəlövhcəsinə gözləyirsiniz ki, informatika yarışında hansısa nəticə əldə edək? Özümüzü yalandan ovundurmayaq, təhsildə geriyik- Rusiyadan da, Türkiyədən də, İrandan da, Gürcüstandan da, Ukraynadan da... Qonşu Gürcüstanın, İranın Bakıdakı informatika çempionatında medallarına baxın və anlayın ki, yaxın qonşularımızdan da çox-çox geridəyik.
İki yolumuz var, həm də təcili seçəcəyimiz iki yol. Birincisi, bütün qız uşaqlarının istər dövlət, istər özəl müəssisələrdə təhsil almasını məcburi şəkildə təmin etmək. Qızlar üçün əsas etibariylə bütün təhsil müəssisələrində imtiyazlar tanımaq və mümkün qədər ödənişsiz təhsil imkanı yaratmaq”.
Millət vəkili diqqətə çatdırıb ki, bu məmləkətdə ən böyük problem anaların savadsızlığı problemidir:
“Bu da uşaqların bəri-başdan evdə doğru istiqamətə yönləndirilməsinə təsir edən əsas amildir. İkincisi, peşə təhsilinin stimullaşdırmaq, burada məktəblilərin həm ümumi bilik, həm də peşə qazanmasını təmin edən kadr və infrastruktur bazasını yerləşdirmək; Üçüncüsü, bütün məktəblərdən, bunun qohumu, onun yaxını prinsipi ilə müdir, direktor təyinatından imtina edərək daha hazırlıqlı, bilikli və vicdanlı insanları rəhbərliyə gətirərək, təhsil və təlim prosesini sağlamlaşdırmaq; Dördüncüsü isə, müəllimin üzərindən basqıları götürmək, şagirdin qarşısında müəllimi qorxaq duruma salmaqdan uzaqlaşmaq, imkan yaratmaq ki, kiminə yumşaq, kiminə də xarakterinə görə sərt üslubda tələbkarlıq göstərərk onları oxumağa məcbur etsinlər. Burada söhbət qətiyyən fiziki güc tətbiqindən getmir, ancaq elə aura yaranıb ki, müəllim şikayət edərlər deyə, qorxusundan şagirdin bütün davranışlarına biganə qalmağa məhkum olub. Beşincisi isə, müəllimə büdcəmizin imkan verdiyi həddə ən yüksək maaş verilməsini təmin etməliyik ki, savadlı insanlar bu peşəyə axın etsinlər. "Space" kanalının rəhbərliyinə bu verilişə görə təşəkkür edirəm, kütləvi savadsızlıq faciəmizi çılpaq şəkildə göz önünə gətirdi, bu məsələyə duyarsız qalmamız daha acı nəticələrə yol aça bilər”.
Sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı da “Sherg.az”a söyləyib ki, gənclərə bu kimi vərdişlər uşaq yaşlarından aşılanmalıdır:
“Gərək ailədə ata, ana da intellektual olsun ki, uşaqlarına onları öyrətsin. Ana, atanın özü tarixi, coğrafiyanı, məntiqi bilmirsə, uşaqlar o cür məlumatları haradan bilsin? Əvəllər məktəblərdə dərs tədris olunurdu. Amma indi orta məktəblərdə təhsil yoxdur. Hazırda dərslər məktəbdənkənarda keçirilir. Bu da məktəbin nüfuzunu azaldır. Həmçinin son zamanlar uşaqların məktəbə biganə yanaşması müəllimlərə də mənfi təsir göstərir. Müəllimdə dərs tədris etməyə həvəs qalmır. Ona görə də gənclərimiz təhsildən uzaqda qalır. Bütün bunların kökündə təhsilsizlik dayanır. Təhsil, təhsil, bir də təhsil…! Fikrimcə, uşaqların qəlbində vətən, millət sevgisi oyadılmalıdır. O olandan sonra hər şey öz yolunu tapacaq. Hazırda kifayət qədər ağıllı, intelektli gənclərimiz var. Amma təəssüflər olsun ki, bu cür heçnə bilməyən, mənasız ömür sürənlər də var”.
Təhsil, təhsil, bir də təhsil ! – Deputat və xalq şairindən reaksiya
19:18 14.08.2019
Cəmiyyət
1038
![](https://sherg.az//storage/posts/August2019/ee0a956a1879ed93a450563ff5dd7221.jpg)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa çempionatının ən yaxşı qolu bəlli oldu
00:08 17.07.2024
İdman
İsrail ordusu HƏMAS-ın 9 aylıq itkilərini açıqlayıb
23:29 16.07.2024
Dünya
Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi
23:10 16.07.2024
Dünya
Makron hökumətin istefasını qəbul etdi
22:28 16.07.2024
Gündəm
Qarabağ İqtisadi Regionunda təlimlərə start verildi
21:44 16.07.2024
Gündəm
Mətbuat Şurasının yeni layihəsi üzrə ilk toplantı keçirilib
20:41 16.07.2024
Media
XİN rəhbəri Troy Duli ilə görüşdü
20:18 16.07.2024
Siyasət
Ərdoğan açıqladı: Nə Şərq, nə də Qərb...
20:01 16.07.2024
Dünya
TDT-nin Rəqəmsal Aqro Data Platforması yaradılacaq
19:49 16.07.2024
Gündəm
Zakir Həsənov Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib
19:10 16.07.2024
Gündəm
Şair Rafail İncəyurdun 70 illik yubileyi keçirildi
18:45 16.07.2024
Ədəbiyyat
ABŞ daha çox Ermənistanın yanındadır -TƏHLİL
ABŞ daha çox Ermənistanın yanındadır -TƏHLİL
18:05 16.07.2024
Aktual
Bu gecə Nəsiminin bəzi küçələrində qaz olmayacaq
Bu gecə Nəsiminin bəzi küçələrində qaz olmayacaq
17:56 16.07.2024
Cəmiyyət
Çay yoxsa qəhvə? -Dietoloqdan qızıl kimi məsləhət
17:45 16.07.2024
Cəmiyyət
Ən böyük prospektlərdən biri yenə bağlanır
Ən böyük prospektlərdən biri yenə bağlanır
17:39 16.07.2024
Cəmiyyət
Azərbaycanın xarici və daxili dövlət borcu nə qədərdir?
Azərbaycanın xarici və daxili dövlət borcu nə qədərdir?
17:33 16.07.2024
İqtisadiyyat
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
17:22 16.07.2024
Cəmiyyət
İlham Əliyev 7 fərman imzalayıb
İlham Əliyev 7 fərman imzalayıb
17:15 16.07.2024
Siyasət
ABŞ Ermənistan polisinə 16 milyon ayırdı
ABŞ Ermənistan polisinə 16 milyon ayırdı
17:09 16.07.2024
Dünya
Nüvə silahına malik ilk əsl islamçı ölkə bizik
Nüvə silahına malik ilk əsl islamçı ölkə bizik
16:53 16.07.2024
Dünya