Ötən həftə bir qrup ehtiyatda və istefada olan yüksək rütbəli hərbi tibb xidməti zabitləri tibb xidməti general-mayoru Dağlar Abdullayevin məzarını mərhumun doğum günü münasibətilə ziyarət ediblər. Anım mərasimində Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ilk rəisi, istefada olan tibb xidməti polkovniki Vaqif İbrahimov, Silahlı Qüvvələrin sabiq Baş Tibb İdarəsi rəisi əvəzi, istefada olan tibb xidməti polkovniki Eldar Əliyev, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının sabiq rəisi, ehtiyatda olan tibb xidməti polkovniki Asif Qurbanov, hospitalın sabiq şöbə rəisləri ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı İbrahim İbrahimov, Şöyüb Fərəcov, tibbi təchizat şöbəsinin sabiq rəisi Aydın müəllim və mərhumun yaxın qohumları iştirak ediblər.
Sherg.az bildirir ki, mərasimdə çıxış edən Vaqif İbrahimov, Eldar Əliyev və Asif Qurbanov mərhum tibb xidməti general-mayoru Dağlar Abdullayevin uzunmüddətli səmərəli fəaliyyətindən danışaraq müasir hərb təbabətimizin inkişafındakı müstəsna xidmətlərindən söz açıblar. Həmçinin Dağlar müəllimin 1992-ci ildən hərbi səhiyyə sistemində həyata keçirdiyi islahatlar xüsusi vurğulanaraq kadr sistemindəki prinsipial mövqeyi qeyd olunub. Bildirildi ki, Dağlar müəllim həm peşəkar tibb xidməti zabiti, həm də bir insan kimi özündən sonra sözün həqiqi mənasında böyük bir məktəb qoyub gedib. Silahlı Qüvvələrin tibb sahəsindəki uğurlarında məhz bu böyük şəxsiyyətin danılmaz xidmətləri var.
Qeyd edək ki, Dağlar Abdullayev Azərbaycan Silahlı Qüvvələrinin səhiyyə sistemində ilk tibb xidməti genaral-mayorudur. O, 1956-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub və 1960-cı ildə həmin institutu “həkim-stomotoloq” ixtisası üzrə bitirib. 1961-ci ildə kadr kimi Silahlı Qüvvələrə çağırılaraq, Cənub Qrupu Qoşunları komandanının sərəncamına göndərilib, 1965-ci ilədək Cənub Qoşun Qrupu qvardiya tank dviziyasında “həkim-stomotoloq” kimi xidmət edib, 1968-ci ildən isə Zaqafqaziya Hərbi Dairəsi motoatıcı dviziyasında alayın tibb məntəqəsinin rəisi, baş həkimi, tibb xidməti rəisi vəzifələrində xidmət edib.1978-1983-cü illərdə Cənub Qoşun Qrupu əlahiddə tibb-sanitar taborunun komandiri və hərbi hospitalın rəisi vəzifələrində xidmət edən Dağlar müəllim 1983-cü ildə Zaqafqaziya Hərbi Dairəsi hospitalının rəisi təyin olunub. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırıldıqdan sonra isə Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsi hərbi-tibb şöbəsinin rəisi, 1993-cü ildən idarə rəisi, Silahlı Qüvvələrin Tibb xidməti rəisi vəzifələrində xidmət edib. 2009-cu ildən Müdafiə nazirinin məsləhətçisi, müşavirlər qrupunun müşaviri, inspektorlar qrupunun müşaviri vəzifələrində xidmətini davam etdirib. 2014-cü il 7 martda Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən istefaya buraxılıb.
Dağlar Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 8 oktyabr 1994-cü ildə “tibb xidməti general-mayoru” ali hərbi rütbəsi, 2006-cı ildə isə “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adı verilib. Mərhum Dağlar Abdullayevin üzünmüddətli səmərəli fəaliyyəti və əziz xatirəsi onu tanıyanların yaddaşından heç vaxt silinməyəcək.
Generalın xatirəsi anıldı - FOTO
14:04 19.08.2019
Cəmiyyət
509
![](https://sherg.az//storage/posts/August2019/d653042745f7b8e126c6e968ac85a320.jpg)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa çempionatının ən yaxşı qolu bəlli oldu
00:08 17.07.2024
İdman
İsrail ordusu HƏMAS-ın 9 aylıq itkilərini açıqlayıb
23:29 16.07.2024
Dünya
Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi
23:10 16.07.2024
Dünya
Makron hökumətin istefasını qəbul etdi
22:28 16.07.2024
Gündəm
Qarabağ İqtisadi Regionunda təlimlərə start verildi
21:44 16.07.2024
Gündəm
Mətbuat Şurasının yeni layihəsi üzrə ilk toplantı keçirilib
20:41 16.07.2024
Media
XİN rəhbəri Troy Duli ilə görüşdü
20:18 16.07.2024
Siyasət
Ərdoğan açıqladı: Nə Şərq, nə də Qərb...
20:01 16.07.2024
Dünya
TDT-nin Rəqəmsal Aqro Data Platforması yaradılacaq
19:49 16.07.2024
Gündəm
Zakir Həsənov Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib
19:10 16.07.2024
Gündəm
Şair Rafail İncəyurdun 70 illik yubileyi keçirildi
18:45 16.07.2024
Ədəbiyyat
ABŞ daha çox Ermənistanın yanındadır -TƏHLİL
ABŞ daha çox Ermənistanın yanındadır -TƏHLİL
18:05 16.07.2024
Aktual
Bu gecə Nəsiminin bəzi küçələrində qaz olmayacaq
Bu gecə Nəsiminin bəzi küçələrində qaz olmayacaq
17:56 16.07.2024
Cəmiyyət
Çay yoxsa qəhvə? -Dietoloqdan qızıl kimi məsləhət
17:45 16.07.2024
Cəmiyyət
Ən böyük prospektlərdən biri yenə bağlanır
Ən böyük prospektlərdən biri yenə bağlanır
17:39 16.07.2024
Cəmiyyət
Azərbaycanın xarici və daxili dövlət borcu nə qədərdir?
Azərbaycanın xarici və daxili dövlət borcu nə qədərdir?
17:33 16.07.2024
İqtisadiyyat
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
17:22 16.07.2024
Cəmiyyət
İlham Əliyev 7 fərman imzalayıb
İlham Əliyev 7 fərman imzalayıb
17:15 16.07.2024
Siyasət
ABŞ Ermənistan polisinə 16 milyon ayırdı
ABŞ Ermənistan polisinə 16 milyon ayırdı
17:09 16.07.2024
Dünya
Nüvə silahına malik ilk əsl islamçı ölkə bizik
Nüvə silahına malik ilk əsl islamçı ölkə bizik
16:53 16.07.2024
Dünya