Elşad Eyvazlı: "Əfqan Qafarlının səhhətində qorxulu bir şey yoxdu” 


Modern.az saytının redaktoru Əfqan Qafarlı bu gecə ürəyindən əməliyyat olunub.
Əvvəlcə jurnalistin ürəyinə 2 stend qoyulub. Amma sonradan açıq əməliyyat keçirilməsinə ehtiyac yaranıb. Əməliyyat “Baku Medical Plaza”-da həyata keçirilib.

Ə.Qafarlının səhhəti ilə bağlı “Sherg.az”a danışan Modern.az-ın baş redaktoru Elşad Eyvazlı bunları qeyd edib:
“Ə.Qafarlı ötən gün ürək problemi ilə xəstəxanaya yerləşdirildi. İki damara stend qoyuldu. Həkimlərin dediyinə görə, bir neçə gündən sonra açıq ürək əməliyyatı olunacaq. Allah şəfa versin! Amma qorxulu bir şey yoxdu”.